Ready to get started?
TOP UniversitiesJune 24, 2023
Seriyamızın 52-ci günündə Türkiyənin İstanbul şəhərində tələbəmiz Röya ilə birgəyik.
1) Özünüzü təqdim edə bilərsiniz?
Mən Yəhyazadə Röya. 18 yaşım var. Türkiyənin Koç Universitetində Biznesin İdarə Olunması və Beynəlxalq Əlaqələr üzrə təhsil alıram. Keçən tədris ilində 2-ci kursu tamamladım.
2) Universitetə hansı nəticələr ilə qəbul olmuşdunuz? Təhsilinizi necə maliyyələşdirirsiniz?
Universitetə 1560 SAT, 104 TOEFL və 790 Math level II nəticələri ilə, 100% təqaüd ilə qəbul olmuşdum.
3) Universitetdə təhsil necədir (dərslər; elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?
Universitetdə dərslər çox yüksək səviyyədədirlər. Bir qədər çətin olmalarına baxmayaraq bir o qədər də maraqlıdırlar. Müəllimlər də həmişə dərsləri maraqlı etməyə, həmçinin tələbələrə dəstək olmağa çalışırlar.
4) Bəs təhsil xaricində tələbə həyatı necədir (klublar, yarışmalar və s. sosial fəaliyyətlər)?
Universitetdə tələbə həyatı çox maraqlıdır. Xüsusən bahar semestrində fərqli sosial fəaliyyətlər olur. Bundan əlavə universitetdə klublar və yarışmalar da var.
5) Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?
İstanbul çox gözəl və tarixi bir şəhərdir. İki ildir ki, burada təhsil almağıma baxmayaraq hələ İstanbulu kəşf etdiyimi deyə bilmərəm. Şəhər həmişə gözəlliyi və tarixi ilə insanı cəlb etməyi bacarır.
6) Bu ölkədə, universitetdə, və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?
Ölkə və universitetdən asılı olmayaraq tələbələrə tövsiyəm sevdikləri fakültəni seçib sevdikləri ixtisasa yiyələnməkdir. Bu, təhsil dönəmini də çox maraqlı edir.