Ready to get started?
TOP UniversitiesJune 13, 2023
Seriyamızın 48-ci günündə Koreyanın Daejon şəhərində tələbəmiz Elçin ilə birgəyik.
1) Özünüzü təqdim edə bilərsiniz?
Mən Elçin Musazadə, 18 yaşım var və KAIST universitetinin 1-ci ilini bitirmək üzrəyəm.
2) Təhsilinizi necə maliyyələşdirirsiniz?
Universitetə müxtəlif əyarlı beynəlxalq və yerli olimpiadaların medalları, 1410 SAT və 7 IELTS ilə daxil olmuşam. Universitet və sığorta pulu qarşılanır, əlavə olaraq da müəyyən qədər təhsil haqqı verilir. Yaşam xərci hər ay dəyişkənlik göstərir deyə dəqiq məlumat verə bilməyəcəm.
3) Universitetdə təhsil necədir (dərslər; elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?
Universitet əsasən araşdırmalarıyla tanınır və onlara çox önəm verir, ona görə də akademik fəliyyətləri ən üst səviyyədə qiymətləndirmək olar.
4) Bəs təhsil xaricində tələbə həyatı necədir (klublar, yarışmalar və s. sosial fəaliyyətlər)?
İstənilən marağa uyğun kampus daxilində təsislər və klublar tapmaq mümkündür (stadionlar, idman zalları, musiqi ilə məşğul olmaq üçün xüsusi otaqlar). Müxtəlif məzmunlu festivallar da maraqlı mühitlər yaradır. Turistik imkanlar üçün də Koreya yaxşı seçimdir.
5) Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?
Əsas kampus kiçik şəhər olan Daejeonun kənarında yerləşir, ona görə də çox vaxt sıxlıq görmürük və ətrafımız əsasən yaşıllıqdır. Ölkəni də iki sözlə təsvir etməli olsam, modern və təhlükəsiz deyərdim.
6) Bu ölkədə, universitetdə, və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?
Bu ölkə üçün əvvəlcə culture shocka hazır olmalıdırlar. Mənim təcrübəmdə yeməklərə öyrəşmək müəyyən müddət alır. Dili biraz öyrənmək də gündəlik yaşayışda, elə ilk gün ölkəyə gələndə kömək edəcək. Ümumi olaraq da semestra müəyyən qədər olsa da hazır olub girmək həyatı rahatlaşdırır.