Ready to get started?
TOP UniversitiesJune 07, 2023
Seriyamızın 46-cı günündə Belçikada, tələbəmiz Elvin ilə birgəyik.
1) Özünüzü təqdim edə bilərsiniz?
Mən Elvin Cavad. Hal-hazırda Belçika krallığının KU Leuven universitetinin Business Administration ixtisası üzrə bakalavr təhsili alıram.
2) Təhsilinizi necə maliyyələşdirirsiniz?
İllik ödəniş 2000 avrodur. Aylıq yaşam xərcləri 300-400, kirayə isə 650-900 avro təşkil edir.
3) Universitetdə təhsil necədir (dərslər; elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?
Dərs sistemi kifayət qədər yaxşıdır. Resursların zənginliyi, professorların peşəkarlağı akademik inkişaf üçün böyük rol oynayır. Lakin proqramın çətinliyini də xüsusi ilə qeyd etmək lazımdır.
4) Bəs təhsil xaricində tələbə həyatı necədir (klublar, yarışmalar və s. sosial fəaliyyətlər)?
Universitetdə müxtəlif cür klublar mövcüddür. İdman, şahmat, debat, voleybol və s. kimi klublar tələbələrin birlikdə asudə vaxt keçirməsinə şərait yaradır.
5) Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?
Hazırda Brüssel şəhərində yaşayıram. Dünyanın fərqli ölkələrindən olan insanların yaşaması sosiallaşmağı rahatlaşdırır və tələbələr üçün bir çox yerlərdə endirimlər mövcuddur.
6) Bu ölkədə, universitetdə, və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?
Düşünürəm ki, Belçikaya gəlməzdən öncə Fransız və ya Holland dilini öyrənmək burada yaşamağı olduqca asanlaşdırar.