Ready to get started?
TOP UniversitiesJune 06, 2023
Seriyamızın 45-ci günündə Türkiyənin Ankara şəhərində tələbəmiz Məryəm ilə birgəyik.
1) Özünüzü təqdim edə bilərsiniz?
Mən Məryəm Məmmədli ,18 yaşım var. Türkiyənin Ankara şəhərində Ankara Yıldırım Beyazit universitetinin sosial elmlər fakültəsində beynəlxalq münasibətlər üzrə təhsil alıram.
2) Universitetə hansı nəticələr ilə qəbul olmuşdunuz? Təhsilinizi necə maliyyələşdirirsiniz?
Universitetə 1240 SAT balı ilə daxil olmuşam və ödənişli təhsil alıram. Təhsil haqqı illik 12000 türk lirəsi , yaşam xərcləri isə aylıq təxminən 6000 türk lirəsidir.
3) Universitetdə təhsil necədir (dərslər; elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?
Ankara Yıldırım Beyazit universiteti özünü xarici dil programları üstündə inkişaf etdirməkdədir. Hər nə qədər digər universitetlərə nisbətən daha yeni olsa da burdakı ixtisasların demək olar ki, doxsan faizi ingilis dilində tədris olunur. Digər müsbət cəhətlərindən biri də budur ki, universitet tələbələrdən gələn bütün yeniliklərə açıqdır.
4) Təhsil xaricində tələbə həyatı necədir (klublar, yarışmalar və s. sosial fəaliyyətlər)?
Universiteti sevməyimdəki ən böyük səbəblərdən biri burada axtardığınız hər cür klubları tapa bilməkdir. Həmçinin həftənin bəzi günləri kino gecələri həyata keçirilir. Həftə sonları tələbələr universitetin təşkil elədiyi konsertlərdə və ya sərgilərdə bir araya gəlib səmərəli vaxt keçirirlər.
5) Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?
Türkiyənin paytaxtı və ikinci ən böyük şəhəri olması Ankaranı yüksək yaşam standartları ilə digər şəhərlərdən fərqləndirir. Elə bu səbəbdən tələbələr arasında Ankara təhsil üçün seçilən şəhərlər arasında önde gəlir. Ölkənin ən yaxşı universitetlərinin bir çoxunun Ankarada yerləşməsi burda tələbə populyasiyasının yüksəkliyi ilə tələbələr üçün çeşidli sayda imkanların yaradılmasına gətirib çıxarır.
6) Bu ölkədə, universitetdə və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?
Mənim fikrimcə xaricdə təhsil almaq bir tələbə üçün ən yaxşı fürsətlərdən biridir. Ama bu qərarı almadan çox yaxşı düşünülməlidir, çünki xaricdə təhsil çoxlu məsuliyyət tələb edir.