Ready to get started?
TOP UniversitiesMay 30, 2023
Seriyamızın 41-ci günündə Türkiyənin İstanbul şəhərində tələbəmiz Rəşad ilə birgəyik.
1) Özünüzü təqdim edə bilərsiniz?
Mən Rəşad Niftəliyev. Hal-hazırda İstanbul universitetinin iqtisadiyyat fakültəsində, iqtisadiyyat ixtisası üzrə təhsil alıram.
2) Universitetə necə qəbul olmuşdunuz? Təhsilinizi necə maliyyələşdirirsiniz?
Türkiyə bursları ilə qəbul almışam, yəni ödənişsiz təhsil alıram 1410 SAT, 678 DİM nəticələri və Respublika fənn olimpiadası coğrafiya fənni üzrə qızıl medalım ilə universitetə qəbul olmuşam.
3) Universitetdə təhsil necədir (dərslər; elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?
Universitetdə təhsil Türkiyədə baş verən zəlzələ ilə əlaqədar hazırda online keçirilsə də ümumilikdə təhsil səviyyəsi yaxşıdır, fəaliyyətlərdən önəmli olanlardan Erasmus və digər universitet klubları mövcuddur, elmi araşdırmalar isə mənim sahəmlə əlaqədar olmadığı üçün dəqiq məlumatım yoxdur.
4) Bəs təhsil xaricində tələbə həyatı necədir (klublar, yarışmalar və s. sosial fəaliyyətlər)?
Ümumi olaraq yaxşıdır (xüsusi ilə istanbul kimi böyük şəhərdə gəziləcək yerlər çoxdur), sosial fəaliyyətlər üçün də müxtəlif imkanlar var (erasmus, universitetdəki klublar və ya tələbənin özünü müraciət edə biləcəyi tədbirlər)
5) Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?
Təəsüratlarım müsbətdir. Şəhərin tarixi və gəzməli yerləri kifayət qədər çoxdur. Bundan əlavə əylənmək üçün də bir çox müasir məkan mövcuddur.
6) Bu ölkədə, universitetdə və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?
Xaricdə təhsili öncədən planlamağı və istədikləri sahəyə yönəlməyi ən əsası da bunun üçün çox çalışmağı məsləhət görərdim.