Bizi izləyin:

BİZ KİMİK?

Ana səhifə BİZ KİMİK?
ROOF Academic Training| IELTS hazırlığı

BİZ KİMİK?

ROOF Academic Training komandası dil, beynəlxalq sertifikatlara hazırlıq, IELTS hazırlığı və xaricdə təhsil üzrə ixtisaslaşmış təhsil şirkətidir.
Şirkət öz fəaliyyətinə 2017-ci ilin yayında başlamışdır. Ümumi ingilis dili və IELTS hazırlığı ilə fəaliyyətimizə start versək də, hal-hazırda bizim xidmət sferamız həmçinin bu sahələri də əhatə edir: SAT imtahanına hazırlıq, GRE və GMAT sertifikatları üzrə hazırlıq, korporativ ingilis dili dərsləri və xaricdə təhsil xidmətləri.
11 nəfərdən ibarət komandamızı təcrübəli, təhsilini həm ölkə daxilində, həm ölkə xaricində almış, xarici sertifikatlara malik müəllimlər təşkil edir. Müştərilərimizin əsasını isə yuxarı sinif məktəb şagirdləri, müxtəlif universitetlərin bakalavr və magistr tələbələri və həmçinin xaricdə yaşamaq və təhsilini davam etdirmək niyyətində olan 30 yaşa qədər şəxslər təşkil edir.

Blue-Separator-Line-Image

Missiyamız

MƏQSƏDİMİZ FƏALİYYƏT İSTİQAMƏTİMİZİ MÜƏYYƏN EDİR:

Missiyamız daim yeniliklər tətbiq etməklə müştərilərimizlə sağlam münasibətlər quraraq onlara müstəsna xidmət göstərməkdən ibarətdir.

Vizyonumuz

VİZYONUMUZ YOLUMUZU MÜƏYYƏN EDİR:

Son məqsədimiz xidmətlərimizdə təmin etdiyimiz keyfiyyəti saxlamaqla təhsil bazarının öndə gedən adlarından birinə çevrilmək və qonşu ölkələrdəki adıçəkilən bazara daxil olub öz xidmət arealımızı genişləndirməkdir.

Dəyərlərimiz

DƏYƏRLƏRİMİZ FƏALİYYƏTİMİZİ TƏNZİMLƏYİR:

  • Müştərilərimizə hörmətlə davranmaq
  • İşçilərimizin şəxsi inkişafına təkan vermək
  • Doğruluq və dürüstlüyü bütün proseslər ərzində müştərilərimizlə əlaqədə və öz daxilimizdə təmin etmək.