Visby təqaüd proqramı

The Swedish Institute (SI) təqdim etdiyi Visby proqramı Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Russiya, Ermənistan və Ukrayna tələbələri üçün hər il təqaüd hesabına İsveçin reytinqli təhsil müəssisələrində təhsil almaq imkanını yaradır. Təqaüd magistratura, doktorantura, doktorantura sonrası tədqiqat (postdoct) üzrə və ya mübadilə proqramı ilə bir və ya iki semestr İsveçdə təhsil almaq istəyənlər üçün nəzərdə tutulub. Visby Proqramı öz ölkə və regionunun müsbət inkişafına töhfəsini vermək və cəmiyyətdə fəal rol oynamağa iddialı olan gənclərə dəstək göstərməyi məqsəd qoyur. Bundan əlavə, Visby proqramı hər semester tələbə tədbirlərinin təşkili üçün əlavə maliyyələşdirmə ayırır. Bu məqalə Visby 2019-2020 təqaüd proqramı ilə bağlı olan suallarınızı cavablandırıb, sizə düzgün seçim etməkdə yardımçı olacaqdır. Əlavə məlumat üçün ehtiyac yaranarsa, ROOF Academic Training olaraq hər bir sualınızı cavablandırıb, sizi düzgün yöndə istiqamətləndirməyə hazırıq.  Ötən tədris ilində ROOF Academic Training olaraq 2 nəfər tələbəmiz üçün Visby təqaüdündən qəbul almışıq.

Bu məqalədə:

  • Niyə İsveç?
  • Təqaüdün əhatə etdiyi xərclər
  • Əsas mərhələlər
  • Tələb olunan sənədlər
  • Universitetlər və ixtisas seçimi

 

  1. Niyə İsveç?

İsveç ən effektiv təhsil sisteminə malik olan ölkələrdən biri sayılır. İsveç təhsilinin uğurlu olmasının səbəblərindən biri universitetlərin biznes, tibb və təbii elmlər sahəsində qabaqcıl müəssisələrlə əməkdaşlığıdır. Tələbələrin praktiki bilik və bacarıqlarının inkişafı daha üstün tutulduğundan təhsil müəssisələri tam hazır peşəkarlar yetişdirir.

 

  1. Təqaüdün əhatə etdiyi xərclər
  • Ödənişsiz təhsil
  • Tibbi sığorta
  • Gediş-gəliş xərcləri (SEK 5,000 = 940,99 AZN)
  • Aylıq xərclər üçün təqaüd (magistratura SEK 9,000 = 1693,79 AZN, doktorantura SEK 12,000 = 2258,38 AZN, doktorantura sonrası tədqiqat və böyük elmi işçilər SEK 15,000 = 2822,98 AZN)
  • The SI Network for Future Global Leaders (NFGL) təşkilatında üzvlük
  • The SI Alumni Network təşkilatında üzvlük

 

  1. Əsas mərhələlər
  • Magistratura
  1. İxtisas və universitetlərin seçilməsi 16 oktyabr 2018 -15 yanvar 2019 (https://si.se/app/uploads/2018/11/visby-programme-2019.pdf).
  2. Seçilən proqrama onlayn müraciət ərizəsi 16 oktyabr 2018 -15 yanvar 2019.

(https://www.universityadmissions.se/intl/start).

  • Hər bir namizədin maksimum 4 proqram seçmək imkanı var.
  • SEK 900 (169,38 AZN) məbləğində University Admission(İsveç universitetləri üçün onlayn ərizə xidməti) üçün ödəmə həyata keçirilməlidir. Ödəniş üçün son tarix: 1 fevral 2019.
  1. SI təqaüdünə müraciət üçün uyğun sənədlərin onlayn portala yüklənməsi. Onlayn portal 4 fevral 2019 – 14 fevral 2019 aktiv olacaq və sənədlər bu vaxt aralığında təqdim olunmalıdır.
  2. 26 aprel 2019 tarixində təqaüd qazanan namizədlərin siyahısı https://si.se/en/ saytında elan olunacaq. 29 aprel 2019 – 3 may 2019 aralığında ancaq təqaüdü qazanan namizədlər e-mail vasitəsi ilə rəsmi təklif alacaqlar. Təklifi qeyd olunan tarixədək qəbul edib və ya etməməyinizi təstiqləmək mütləqdir.

 

  • Doktorantura və doktorantura sonrası tədqiqat (postdoct)
  1. İsveç universitetlərindən 12 dekabr 2018 tarixinədək dəvət məktubunun alınması.
  • Visby proqramının xüsusi şablonu istifadə olunmalıdır.
  • Dəvət məktubu İsveç universitetinin professoru və ya kafedra rəhbəri tərəfindən imzalanmalıdır. Dəvət məktubu imzalanmasa, müraciət ərizəsi qəbul olunmayacaq.
  • Dəvət məktubu PDF şəklində müraciət ərizəsinə əlavə olunmalıdır.
  1. SI təqdim etdiyi şablonlara uyğun 12 dekabr 2018 tarixinədək sənədlərin təqdim olunması (daha ətraflı 5-ci bölmədə)
  • Mübadilə proqramı
  1. Öz universitetinizdə mübadilə proqramına müraciət (international ofislə əlaqə)
  2. Sənədlərin hazırlanması
  3. Təqaüd aktiv olduqda müraciət ərizəsinin onlayn portala yüklənməsi
  4. Tələb olunan sənədlər

Sənədləri qeyd olunan vaxta qədər toplayıb tələb olunan formatda təqdim etmək vacibdir. Xırda bir uyğunsuzluq səbəbindən imtina almamaq üçün bu mərhələyə məsuliyyətlə yanaşmağı tövsiyə edirik.

  • Magistratura
  • Motivasiya məktubu (minimum 500 söz)
  • Europass formatında hazırlanmış CV
  • Tövsiyə məktubu

 

  • Doktorantura və doktorantura sonrası tədqiqat (postdoct)
  • Dəvət məktubu
  • Təyin olunmuş rəhbərin – İsveçdə əlaqə saxladığınız şəxsin CV-si (maksimum 2 səhifə)
  • Tədqiqat təklifinizin icmalı (maksimum 700 simvol). Şablon:
  • Tədqiqat təklifi (maksimum 6 səhifə). Şablon:
  • Europass CV (maksimum 3 səhifə)
  • Motivasiya məktubu
  • Təhsil sənədlərinin İnglis dilinə tərcümə olunmuş və təsdiqlənmiş sürətləri
  • Dil sertifikatı (IELTS 6.5 hər bölmənin 6-dan aşağı olmaması şərti ilə, TOEFL 90/B2)
  • Sizi tövsiyə edəcək iki şəxslə əlaqə vasitələri (tam ad və e-mail).
  • Dəstək məktubu (ancaq doktorantura tələbələri üçün)
  • Hal-hazırkı tədqiqat qrupunun/kafedra rəhbərinin CV-si (ancaq doktorantura tələbələri üçün)
  • Mübadilə proqramı
  • Qəbul məktubu
  • Motivasiya məktubu
  • CV
  • Dil sertifikatı
  1. Universitetlər və ixtisas seçimi

İsveçin TOP 5 universiteti:

  1. Karolinska Institute
  2. Uppsala University
  3. Lund University
  4. Stockholm University
  5. KTH Royal Institutse of Technology

Visby proqramının əhatə etdiyi universitetlər və ixtisaslar siyahısına aşağıdakı linkə daxil olaraq baxa bilərsiniz:
https://si.se/app/uploads/2018/11/visby-programme-2019.pdf

Əlavə məlumat üçün:

İnternet səhifəsi: www.sweden.sewww.si.se

Əlaqə vasitələri: si@si.se

Summary
Article Name
Visby təqaüd proqramı
Description
Visby teqaud proqramı vasitesile İsvecde tehsil xayallarınızı gerçəkləşdirə bilərsiniz. İsvecde bakalavr, magistr, doktorontura tehsili almaq istəyirsinizsə, bu yazını oxumağınızı tövsiyyə edirik. Xaricde teqaudlu tehsil.
Author
Publisher Name
Roof Academic Training
Publisher Logo