Universitet və təqaüdlərə ümumi qəbul şərtləri

Universitet və təqaüdə müraciət etməzdən əvvəl bilməli olduğunuz ilkin məlumatlar

Xaricdə təhsil almaq istəyən tələbələrə ən çox maraqlı olan məsələ universitet və təqaüddən qəbul almaq üçün hansı göstəricilərin olmasıdır. Bu sualın cavabını konkret olaraq göstərmək mümkün deyil, çünki şərtlər universitet və təqaüdə görə dəyişir. Bu məqalədə ümumi məlumatları işıqlandıracağıq ki, müraciətdən əvvəl nə cür göstəriciniz olmalıdır onu anlayasınız. İlkin olaraq bunu nəzərə alın ki, aşağıda qeyd edəcəyimiz göstəricilərin əhəmiyyətini universitet öz saytında bildirir. Misalçün, academic background 50%, work experience 30%, motivation letter 15% və s. Bunlar universitetdən asılı olaraq ciddi şəkildə dəyişə bilər.

Birinci başlayaq universitetlərdən. Dünyanın əksər universiteti çox az istisnalar ilə əsasən (1) akademik göstəriciyə üstünlük verir, yəni transkriptinizə. Daha sonra magistra müraciət edirsinizsə, bakalavr ixtisasınıza, əksərən də məzun olduğunuz və ya olacağınız universitetin reytinqinə baxırlar. (2) Növbəti göstərici olaraq CV-nizə baxırlar. İş təcrübəsi (təcrübə), elmi konfranslar, könüllü fəaliyyətlər, yarışlardakı nəaliyyətlər, ixtisasla əlaqəli sertifikatlar nəzərə alınır. Əgər transkriptinizdə balınız nisbətən zəifdirsə (70-80 arası), saydığımız bu göstəricilər köməyinizə çatacaq. (3) Motivasiyanız bir digər əhəmiyyətli faktordur. Universitet həvəsli, məqsədli, nə etmək istədiyini bilən, cəmiyyətə daha çox faydalı olacaq tələbələr axtarışındadır. (4) Sizə referens olacaq şəxslər və onların sizin haqqınızda fikirləri. Bunların hər biri yaxşı vəziyyətdə olmalıdır, əks halda sizin GPA 100 üzərindən 90 belə olsa, CV-niz boş olduğu üçün, yəni heç bir iş təcrübəsi, sosial bir fəaliyyət və s olmadığı üçün “yarış”dan kənar qala bilərsiniz. Çünki o yüksək GPA-dən kifayət qədər adamda var, sizin fərqləndirən xüsusiyyətlər olmalıdır. Müraciət edən 100 nəfər varsa və 20 yer ayırılıbsa, siz ilk 20-liyə düşməlisiniz.

Gələk təqaüdə. İlk olaraq bunu yadda saxlayın ki, təqaüdlər iki cür olur:

  1. Merit-based scholarships
  2. Need-based scholarships

Birinci növ təqaüdlər akademik göstəricilərə, iş təcrübəsinə və s. baxılır. Əksər təqaüdlər bu cür olur. İkinci növ təqaüdlər maddi ehtiyaca görə verilir. Italiyadakı regional təqaüd buna ən yaxşı misaldır.

Merit-based scholarship-lər də həmçinin iki cür olur:

  1. Excellence Scholarships. Bu təqaüdlər əsasən univeristet tərəfindən maliyyələşdirilir və universitetə müraciət edən ən yaxşı tələbələrə verilir. Rəqəmlər fərqlidir amma əksərən 50 və 10 arası dəyişir. Misal olaraq bu təqaüdləri göstərə bilərik: 1) Melbourne Mobility Excellence Awards (partial scholarship). 2) Amsterdam Excellence Scholarships (fully funded scholarship). Bəzən müxtəlif tipli beynəlxalq şirkətlər və ya təşkilatlar da bu cür təqaüd verir.
  2. Hökumətlərin və ya fondların maliyyələşdirdiyi təqaüdlər. Bu təqaüdlərin özünəxas tələbi olur. Motivasiya məktubuna və CV-ə daha çox fikir verilir. Misalçün, Visby Programme Scholarships for master’s level studies.

Bütün bunlardan əlavə, ən əsası nəzərinizdə saxlayın ki, sizdən başqa dünyanın müxtəlif yerlərində çox yaxşı göstəriciləri olan kifayət qədər çox tələbə var ki, onlar da universitet və təqaüdlərə müraciət edirlər. Rəqibləriniz sizdən üstün olarsa, siz “outsider” olacaqsınız.