Türkiyədə bakalavr və magistr təhsili, Türkiyə bursları

Türkiyədə təhsili seçən tələbələrin sayında 2015-2016-cı ildən bəri ciddi yüksəliş nəzərə alınıb. Hazırda burada 650 000 əcnəbi tələbə təhsil alır. Təhsil şərtlərinin yaxşılaşması və inkişafı bu sayı hər il artırır. Bu tələbələr arasında azərbaycanlıların sayı kəskin şəkildə artıb.

Bəs, azərbaycanlı tələblər niyə Türkiyə universitetlərinə üz tutur?

Xüsusən son illərdə azərbaycanlı tələbələrin Türkiyə universitetlərinə müraciəti artıb. Bunun bir neçə səbəbi var:

  • Dil və mədəniyyət baxımından oxşarlıq
  • Vizanın tələbinin olmaması
  • Təhsil sisteminin günü-gündən inkişafı
  • Yaşam xərclərinin az olması
  • Təhsil haqqının aşağı olması
  • Ərazi baxımından yaxınlıq və gediş-gəlişin asanlığı.

Türkiyənin ən yaxşı universitetləri hansılardır?

  1. Orta Doğu Teknik Üniversitesi / Ankara
  2. Hacettepe Üniversitesi / Ankara
  3. İstanbul Teknik Üniversitesi / İstanbul
  4. İstanbulÜniversitesi / İstanbul
  5. Bilkent Üniversitesi / Ankara

Türkiyə universitetlərinin hansı qəbul tələbləri var?

Türkiyədə təhsil üçün əcnəbi tələbələrdən YÖS imtahanı tələb olunur. 2011-ci ilə qədər yalnız ildə bir dəfə keçirilən bu imtahan hazırda universitetlərin özləri trəfindən təşkil olunur. İmtahan tarixləri, keçid balları və qeydiyyat şərtləri həmin universitetlər tərəfindən açıqlanır. Yəni, bir neçə universitetə müraciət etmək üçün həmin həmin sayda YÖS imtahanı vermək tələb olunur.

Türkiyədə magistratura təhsili almaq istəyən tələbələr həm də ALES imtahanı verə bilərlər. Son illərdə təhsil sistemində olan dəyişikliklərdən sonra bu imtahan məcburi sayılmır. Digər imtahanlarla müqayisədə daha az əhəmiyyətə malikdir. AlES imtahanı ildə 3 dəfə keçirilir.

Əcnəbi tələbələrdən tələb olunan digər bir imtahan isə YDS-dir. YDS ingilis dili üzrə keçirilən xarici dil imtahanıdır. İmtahan Türkiyədə ildə ortalama 10-12 dəfə keçirilir. Sertifikatın keçərlilik müddəti 5 ildir.

Bundan başqa SAT sertifikatı ilə də Türkiyə universitetlərinə qəbul olmaq mümkündür. İldə 6 dəfə keçirilən imtahanın keçərlilik müddəti 2 ildir. Türkiyənin ən yaxşı universitetlərindən yalnız SAT ilə qəbul almaq mümkündür. Həmin universitetlər bunlardır:

  • Boğaziçi Üniversitesi
  • ODTÜ 
  • İstanbul Teknik Üniversitesi

İngiliscə təhsil almaq istəyən tələblər IELTS sertifikatı da təqdim edə bilərlər, amma son illərdə bu imtahana universitetlər tərəfindən çox da diqqət yetirilmir. TOEFL tələbi IELTS  ilə müqayisədə daha yüksəkdir.

Qeyd olunan bu imtahanları keçmədən də universitetlərə qəbul mümkündür. Bu zaman sizdən əvvəlki təhsil dərəcəsinin diplomu, referans məktubları və Türkiyədə maddi xərclərinizi ödəyə biləcəyinizi göstərən sənəd tələb olunur.

Türkiyədə iş imkanı nə dərəcədə yaxşıdır?

Türkiyədə tələbələrin işləməsi və iş tapması bir qədər çətindir. İlk öncə iş tapmaq, daha sonra iş icazəsi üçün müraciət etmək tələb olunur. Bu sənədlə həftədə 24 saata qədər işləməyə icazə verilir. Bir neçə saatlıq və ya həftəlik işlər nisbətən üstünlük təşkil edir, ancaq bu işlər hər zaman tapılmır. Daha çox mövsümi olaraq turizm sahəsində  Məzunlar üçün də iş imkanı zəifdir. Ümumiyyətlə yerli şirkətlər əcnəbiləri işə götürməkdə maraqlı deyillər. Türkcə bilməyənlər üçün isə əməkhaqqı çox aşağıdır. İş sferasında ən böyük boşluq ingilis dili tədrisindədir. TESOL, TEFL, CELTA sertifikatları olanların iş tapması daha asandır. Eyni zamanda QHT və beynəxalq təşkilatlarda əcnəbi işçilərin olmasına ehtiyac duyulur. Bu zaman dil bilikləri əsas götürülür. Əcnəbilər üçün olan iş imkanı məhdudiyyətlərini nəzərə alsaq burada rəqabət çox yüksəkdir.

Təhsil haqqı və yaşayış xərcləri nə qədərdir?

Digər ölkələrlə müqayisədə Türkiyədə təhsil haqqı daha münasibdir. Dövlət qurumlarında illik ödənişlər daha aşağı, özəl müəssisələrdə isə yüksəkdir. Məsələn, dövlət universitetində magistr dərəcəsi üzrə illik ödəniş 240-750 TL  arası dəyişir, amma özəl universitetdə bu məbləğ TL dollara qədər yüksələ bilir.
İngilis dilli ixtisaslarda illik ödənişin 600-1500 TL  olmasına baxmayaraq eyni ixtisasların türkcəsi 240-750 dollar arası dəyişir. Qeyd olunan ödənişlər dövlət universitetlərinə aiddir.
Aylıq yaşayış xərcləri aylıq 400-500 TL arası dəyişir. Buraya yaşayış, yemək, nəqliyyat, kommunal, əyləncə, geyim xərcləri daxildir.

Türkiyədə hansı təqaüd proqramları var?

Türkiye bursları – Türkiyənin ən məşhur təqaüd proqramı “Türkiye bursları” hesab olunur. Tələbələrə tam təqaüd təhsil imkanı yaradan bu proqrama hər il dünyanın müxtəlif regionlarından minlərlər tələbə müraciət edir. Bu proqramdan başqa yerli vakıflar var, hansı ki, tələblər müraciət edir və onlara köməklik göstərirlir.

Vakıflar  – Vakıflar təqaüd proqramından fərqli olaraq yalnız bir dəfə yardım edirlər. Tələbələrə yenidən müraciət etmək şansı da verilir. Eyni zamanda bir neçə vakıfa müraciət etmək də mümkündür və Türkiyədə tələbələrin müraciət edə biləcəyi çox sayda vakıflar var.

Universitet təqaüdləri – Bir çox böyük universitetlər tələbə təqaüd proqramları elan edir. Əvvəlcədən və ya uiversitetə qəbul olunduqdan sonra bu təqaüd proqramlarına müraciət etmək mümkündür. Bu təqaüdlər hər il yeniləndiyi üçün yeni tədris ilində universitetləri və proqramları araşdırmaq faydalıdır.

Türkiyədə həm də TQDK qəbul göstəricisi yüksək olan tələbələr ödənişsiz əsaslarla təhsil ala bilirlər. Bunun üçün adətən bal ortalaması 650+ olan tələbələr seçilir. Bu zaman tələbə birbaşa universitetə müraciət etməli və onun şərtləri ilə tanış olmalıdır, çünki burada qərarı universitet verir.

Türkiyə burslarının şərtləri nələrdir?

Yaş həddi – bu təqaüd proqramında müraciət edilən təhsil dərəcəsindən asılı olaraq yaş limitləri müəyyənləşdirilib. Həmin yaş limitləri belədir: bakalavr – 21, magistratura – 30, doktorantura – 35.

GPA – ümumi orta təhsil göstəricisi müraciət olunan ixtisasa və təhsil pilləsinə görə dəyişir. Bakalavr üzrə keçid hədd 70%, magistratura və doktorantura üzrə isə 75% -dir. Tibb və hüquq kimi ixtisaslarda oxumaq istəyən tələblərdən daha yüksək göstərici tələb olunur. Nəzərə almaq lazımdır ki, təqaüd proqramında sadəcə ortalama yox, həm də sosial cəhətdən aktivlik, təcrübə də nəzərə alınır.

İmtahanlar – tələb olunan imtahanlar universitetə görə dəyişir. Bir çox universitetlər YDS, TYS, ALES sertifikatlarını tələb edir, ingiliscə təhsil üçün isə TOEFL və ya IELTS tələb olunur. Bu tamamilə tələbənin seçimindən asılıdır. Proqramda universitet və ixtisaslar qeyd olunur, onların qarşısında hər birinin tələb etdiyi imtahan və göstəricisi yazılır. Bəzi universitetlər bu imtahanlardan heç birini tələb etmir. Qəbul alındıqdan sonra universitet daxilində türkcə səviyyəsini müəyyənləşdirən imtahan keçirilir, göstəricisi aşağı olan tələbələr 1 il hazırlıq mərhələsində oxuyurlar.  Müraciət edərkən TYS ( türkçe yeterlilik sınavı ) sertifikatının olması üstünlük sayılır.

Təqaüdə nələr daxildir?

  • bakalavr pilləsi üçün 700 TL(Türk Lirəsi), magistratura üçün 950 TL və doktorantura üçün isə 1400 TL təqaüd
  • ilk gediş və məzun olduqdan sonra qayıtmaq üçün təyyara biletləri
  • tibbi sığorta
  • yataqxana və qida
  • ödənişsiz təhsil.

Əlavə olaraq qeyd edək ki, təqaüdə müraciət üçün heç bir ödəniş tələb olunmur. Sadəcə tələb olunan sənədləri online sistemə yükləmək və forumları doldurmaq kifayətdir.

Təqaüd proqramının müraciət vaxtı və digər prosedurlar haqqında qeyd olunan linkdən məlumat əldə edə bilərsiniz: https://goo.gl/AXwNQC

Türkiyədə təhsil barədə əlavə suallar haqqında ROOF Academic Training komandasına müarciət etməyiniz xahiş olunur. Biz hər zaman suallarınızı cavablandırmağa hazırıq.

Uğurlar!

Summary
Türkiyədə bakalavr və magistr təhsili, Türkiyə bursları
Article Name
Türkiyədə bakalavr və magistr təhsili, Türkiyə bursları
Description
Türkiyə universitetlərində bakalavr ve magist tehsili almaq üçün təqaüd proqramlari ve Turkiye burslarindan yararlana bilersiniz.
Author
Publisher Name
Roof Academic Training
Publisher Logo