Bizi izləyin:

Tələbələrimiz

Ana səhifə Tələbələrimiz

Tələbələrimiz

Fəaliyyətə başladığımızdan keçən bir il ərzində IELTS rəsmi imtahanında 150-dən artıq tələbəmiz 7 və 7 üzəri bal toplayıb.

Peşəkar, təcrübəli ve səmimi komandası ilə məni qısa zaman ərzində məqsədimə çatdıran Roof Academic Training i IELTS imtahanında yüksək bal toplamaq istəyən hər kəsə məsləhət görərdim.

Nigar Quliyeva

Bir Academic Training-dən tələb olunan əsas keyfiyyətlər, təbii ki peşəkarlıq, təcrübə və s. dir. Roof Academic Training bu kriteriyaları tam qarşılamaqla yanaşı müəllim tələbə münasibətlərində səmimiyyəti qurmaqla daha böyük avantaja sahib olub ki, bu da mənə seçimimin nə qədər doğru olduğunu isbat etdi. İnanıram ki, işində səy, səmimiyyət və peşəkarlıq öçlüsünü taraz saxlamağı bacaran bu Academic Training-in uğurları silsiləvi olacaq.

Hüseyn Quliyev

Mənə ROOF Academic Training necə bir yerdir desələr,belə izah verə bilərəm: Roofda divarlar belə insana motivasiya verir.Komandasıyla, öz ingilis dilli mühitiylə,bir sözlə, hər bir cəhətiylə sənin zirvəyə çatana qədər ən böyük dəstəkçin ROOF Ailəsi olur.

Ayşən Orucova

Roof Academic and Training kursunu tanıdım, xəyallarımı həyata keçirəcəyimə inamım artdı. Qısa zamanda əldə olunan nəaliyyətlər isə məni daha da həvəsləndirdi.

İsmayıl Qoca

ROOFun digər adını və açıqlamasını mənə soruşsalar: professionallıq, özünü inkişaf, metodlu çalışma, səmimiyyət, fədakarlıq, gülər üz və motivasiya yüksəltmə mərkəzi deyə tanımlayardım.

Sumeyra Dos

ROOF A.T. Teqriben 3 ay bundan evvel mene nece kurs olduğunu soruşsaydınız, üzümde sual işaresi yaranardı. Amma indi oranı sadece bir kurs olaraq deyilde içerisinden heç çıxmayıbda sadece ders oxumaq istediyim bir yer olduğunu deyerem. Elbetde hamının zövqü ferqlidi amma men hamıya bu kursa tehsil almağı tövsiyye edirem. Çünki bu kurs uğura çata bilmek üçün en qısa yoldur.

Zakir İsmayılov

Roof təhsil ocağıdır. Ocaq da, isti məkan, qəlbinə yaxın ruhuna yaxın olanlarla birlikdə olmaqdır. Roof .... mən ancaq yüksək keyfiyyəli təhsil almadım, həm də dostlar qazandım. Əsl təhsil ocağı belə olmalıdır məncə.

Lala Ağayeva

Təhsil almaq insanların ən əsas haqqlarındandır. Təhsili keyfiyyətli təmin etmək də, müəllimlərin vicdan borcudur. Roof Academic Training təhsil ocağı, sizlərə haqqınız olanı vicdan borcu ilə təmin edir. Parlaq gələcəyimizi bizə sunduğunuz için Roof komandasına təşəkkür edirəm.

Orxan Bərxudarov

Buranın ən xoşuma gələn cəhətlərindən biri ROOF-un peşəkar komandasının hər bir üzvünün sənin uğurun üçün əlindən gələni etməsidir. 7+ bal toplamaq istəyənlərə ROOF Academic Training-i xüsusilə məsləhət görürəm.

Toğrul RəsulovIELTS 8.0

Minnətdarlığın sözlərlə ifadə olunmadığını düşünürəm, amma nəzərə alanda ki, bu insanlar sənə elə bir sertifikatı almaqda yardımçı olur ki, bunun vasitəsilə sən xəyalındakı dünyanın qapılarını açırsan, minnət duymamaq mümkün olmur. Sağol Roof, sağolun əziz komandam!

Elbəy ƏsədovIELTS 7.5

ROOF Academic Training potensialınızı tam olaraq ortaya çıxarmağa kömək edəcək. Arzuladığınız IELTS nəticəsini dostcasına münasibət və motivasiya ilə zəngin bir mühitdə qazanmaq istəyirsinizsə ROOF ən doğru seçimdir. Düşünürəm ki, burada qısa zamanda əldə etdiyim IELTS 7.5 balı buna kifayət qədər yaxşı sübutdur.

Azad MəmmədliIELTS 7.5

Fikrimcə, istənilən uğura çatmaq üçün mühit önəmlidir. IELTS əldə etmək istəyənlər bəlli bir fikir formalaşdırmış və məqsədi olan şəxslər olur. Çatışmayan ən mühim şeylər öyrətməyə açıq olan səmimi, dostca bir ortam və tələbkar bir müəllimdir. Bunları və sadalamadığım bir çox müsbətləri ROOF Academic Training kollektivində tapdım.

Kənan MuradovIELTS 7.0

Təcrübəli kadr Rüfət müəllimin köməyi ilə qısa müddət ərzində ROOF Academic Training'də tələblərimi yüksək ölçüdə qarşılayan nəticə əldə etdim. Kursun disiplini, yüksək nəticələri və daima inkişaf etmə çabası əsas xüsusiyyətləridir.

Anar AğazadəIELTS 7.5

İngilis dilini öyrənməyə illərini sərf etmiş biri olaraq ideal kurs axtarışında son dayanacağım olan ROOF Academic Training hər cəhətdən mükəmməlliyi ilə məni məmnun etdi . Öz professionallıqları ilə seçilən,  işlərinə həvəslə yanaşan və tələbələrlə individual olaraq maraqlanan kollektiv, yüksək tədris şəraiti və  səmimi mühit- hamısı bir arada, burada tədris almış əksər tələbələrin uğur qazanmasının ən böyük səbəbidir.

Fidan ƏləkbərovaIELTS 7.5