Bizi izləyin:

ROOF Academic Training

TESOL

“TESOL İxtisaslaşma Proqramı” öz karyerasını İngilis dili müəllmi kimi davam etdirən və İngilis dili müəllimi olmaq arzusunda olan şəxslər üçün nəzərdə tutulmuş, namizədlərə fərqli dil səviyyələrindən olan tələbələrə müxtəlif modullar üzrə praktiki və interaktiv metodlar əsasında məhsuldar dərs üsullarını öyrədən və bunların tətbiqini tələb edən bir proqramdır. Bu proqram çərçivəsində namizədlər İngilis dili tədrisi üzrə təməl nəzəri biliklərə yiyələnir, hər bir modul üzrə müxtəlif dərs keçmə metodlarını öyrənir və öyrəndiklərinin sübutu kimi proqram daxilində nəzərdə tutulmuş tapşırıqların əsasında bunları praktikada tətbiq edir. Bundan əlavə namizədlər onlarla eyni zamdan bu İxtisaslaşma proqramında iştirak edən, dünyanın müxtəlif yerlərindən olan digər namizədlər ilə ünsiyyətdə olur və faydalı bilgi alış-verişi edirlər. Kursu uğurla başa vuran namizədlər ekspertlər tərəfindən qiymətləndirilən “portfolio” dediyimiz içərisində kurs müddətində hazırladıqları dərs proqramları və bunların praktikada tətbiqi kimi mikro-dərslərin olduğu bir portfelə və müfəqiyyətlə başa vurduqlarının sübutu kimi mötəbər rəsmi qürum tərəfindən təqdim olunan 150 saatlıq TESOL sertifikatına sahib olurlar. Bu sertifikat dünyanın istənilən ölkəsində namizədin İngilis dili tədrisi üçün yetərli bilik və bacarığa sahib olduğunun sübutu kimi qəbul olunur və rəsmi olaraq tanınır və beləliklə həm ölkə daxilinə həm də ölkə hüdudlarından kənarda da geniş iş imkanları yaradır.

Murad Mammadov TESOL muellimi

Murad Məmmədov

 

  • IELTS göstəricisi 7.0
  • TESOL sertifikatına sahibdir
  • Qafqaz Universiteti – Tərcümə (İngilis dili)
  • 5 illik müəllimlik təcrübəsi var

Tələbələrimizin nəticələri