Polşada təhsil və təqaüd imkanları

polsada tehsil ve teqaud imkanlari

Son illərdə tələbələrin oxumaq üçün ən çox üz tutduğu ölkələrdən biri Polşadır. 2015-2016 təhsil ili ərzində 57 000 əcnəbi tələbə təhsil üçün Polşa universitetlərini seçib. Bunun bir neçə səbəbi var:
– Avropa Birliyinə daxil olan ölkələr arasında daha aşağı yaşayış xərcləri ilə seçilməsi;
– Təhsil alarkən və universiteti bitirdikdən sonra iş imkanlarının olması;
– İllik təhsil haqqının əlverişli olması;
– Vizanın asanlıqla alınması;
– Şengen ölkələrinə vizasız səyahət imkanı;
Varşava Universiteti, Jagiellonian Universiteti, Varşava Texnik Universiteti kimi reytinqli təhsil müəssisələrinə malik olması.

Təhsil müddəti və tələblər:

Polşa universitetlərində bakalavr 3 il, magistratura 1.5-2 il, doktorantura təhsili isə 3 il davam edir. Universitetə müraciət zamanı sizdən yalnız əvvəlki təhsilinizi təsdiq edən sənəd və ingilis dili sertifikatı tələb olunur. İngilis dili sertifikatınız olmadığı təqdirdə isə siz 1 il əlavə kurs keçirsiniz. Bəzi təhsil müəssiələri sizdən motivasiya və tövsiyə məktubu tələb edə bilir. Eyni zamanda müəyyən ixtisaslara müraciət zamanı sizdən yalnız iş portfolionuz və giriş imtahanı tələb olunur. Göründüyü kimi, Polşa sizdən az tələb qarşılığında yüksək təkliflər edir.
I semestr üzrə dərslər oktyabr, II semestrdə isə fevral ayında başlayır. Qiymətləndirmə 5 ballıq sistemə əsasən müəyyən olunur.

Polşada iş imkanları:
Polşada əcnəbi tələbələrin təhsil alarkən işləmək hüququ var. Semestr ərzində tələbələrə həftəlik 20 saat, tətil müddətində isə tam iş günü işləmək icazəsi verilir. Polşada ən aşağı əməkhaqqı aylıq 500 avrodur. Tələbələr bir saat üçün 2.5-3.75 avro qazana bilərlər. Polşada təhsil aldıqdan sonra isə iş imkanlarınız daha da artır. Bu zaman sizdən iş üçün xüsusi icazə tələb olunmur, yalnız ölkədə qalmaq üçün icazənizin olması kifayət edir. Yeganə şərt isə maddi ehtiyaclarınızı qarşılaya biləcəyinizi və dövlətdən kömək istəməyəcəyinizi göstərməkdir. Bu şərt daxilində sizin Polşada 3 ilə qədər qalmağınıza icazə verilir. Hər hansı işə qəbul olduqdan sonra isə artıq iş icazəsi ala bilərsiniz. Polşa Mərkəzi və Şərqi Avropa ölkələri arasında minimum əməkhaqqının ən yüksək olduğu ölkələrdən biridir. Ortalama əməkhaqqı isə 700-800 avro aralığında dəyişir.

Təhsil haqqı və yaşayış xərcləri:
Bakalavr və magistr dərəcəsi üzrə illik təhsil haqqı seçdiyiniz ixtisasdan və universitetdən asılı olaraq 2000-4000 avro arası dəyişir. Özəl universitetlərdə isə bu ədəd daha yüksəkdir.

Aylıq yaşayış xərci 450-650 avro arasında dəyişir. Bu sizin yaşadığınız şəhərdən asılı olaraq müəyyən qədər fərqli ola bilər. Məsələn, Varşavada 500-850 avro.
Yerləşmə üçün kirayə ev və ya yataqxanaları seçə bilərsiniz, bu birbaşa sizin xərclərinizə təsir edəcək. Yataqxana xərci aylıq 100-150 avro, kirayə ev isə 240-400 avro arasındadır.
Aylıq kommunal xərclər 150 avro, yemək xərcləri isə 100-150 avro kimi dəyişir. İctimai nəqliyyatda tələbələr üçün münasib bir seçim mövcuddur. 1 semestr ərzində 50 avro ödəməklə siz 6 ay ərzində nəqliyyatdan istifadə edə bilirsiniz. Polşanın gözəl məkanlarını kəşf etmək istəyənlər piyada gəzinti variantından istifadə edə bilərlər. Bu həm sağlam, həm sərfəli seçimdir 
Özünüzü mükafatlandırıb axşam yeməyini hər hansı restoranda yemək qərarı alsanız, 10-23 avro arası büdcə ayırmağı unutmayın 😉

Təqaüd imkanları:

Polşada təqaüdlü təhsil imkanları əsasən yerli tələbələr üçün nəzərdə tutulmuşdur. Əgər siz bu təqaüddən yararlanmaq istəyirsinizsə, onlarla eyni imtahanda iştirak etməyiniz tələb olunur. Xarici tələbələr üçün nəzərdə tutulan təqaüd proqramları isə bütün xərcləri qarşılamır. 2019/20-ci il üçün nəzərdə tutulan tələbə təqaüd proqramları, tələbləri barədə linkə keçid edərək məlumat əldə edə bilərsiniz: https://goo.gl/p55dqm

Visegrad təqaüdü:

Polşada magistr və doktorantura təhsili arzusunda olanlar bu təqaüd proqramına müraciət edə bilərlər. Visegrad 10 azərbaycanlı tələbə üçün təqaüd ayırır və ötən il ROOF Academic Training olaraq 2 tələbəmiz üçün bu təqaüd proqramından qəbul almışıq.

Şərtlər:

– Visegrad təqaüdünə müraciət etməyiniz üçü yaşayış yeriniz, vətəndaşlığını və əvvəlki təhsiliniz Visagred qrupu ( Çexiya, Polşa, Macarıstan, Slovakiya ) ölkələrində olmamalıdır
– Əvvəlki təhsil müəssisəniz ilə müraciət etdiyiniz universitet arasında məsafə 150 km-dən çox olmalıdır;
– Təqaüdün miqdarı hər semestr üzrə 2,300 avro + 1500 avro ( təhsil haqqı) təşkil edir.
– Təhsil müddəti magistrlar üçün 2 il, doktorantura üçün1 il nəzərdə tutulub;
– Visegrad təqaüdü ilə yanaşı digər V4 ölkələrindən və Avropa Birliyi ölkələrindən eyni zamandan təqaüd ala bilməzsiniz.

Magistratura üçün tələb olunan sənədlər:

– şəxsiyyət vəsiqəsinin surəti;
– son 2 semestr üzrə transkript;
– universitetdən qəbul haqqında məktub.

Doktorantura üçün tələb olunan sənədlər:

– şəxsiyyət vəsiqəsinin surəti;
– iş planı daxil olmaqla universitetdən qəbul məktubu.

Oxumaq istək, iradə və güc tələb edir. Biz xarici təhsilin xəyal olmadığını göstərməyə çalışırıq. Növbəti tədris ilində özünüzü dünyanın reytinqli universitetlərindən birinin tələbəsi kimi görmək istəyirsinizsə, ROOF Academic Training komandası olaraq yanınızdayıq!