Macarıstana ən qısa yol – Stipendium Hungaricum

Stipendium Hungaricum

Macarıstan hər il 200 Azərbaycan vətəndaşına təqaüd hesabına təhsil almaq imkanı yaradır. Təqaüd tam bakalavriat, magistratura və doktorantura üzrə təhsil almaq istəyənlər üçün nəzərdə tutulub. Bu məqalə “Stipendium Hungaricum” 2019-2020-ci illər təqaüd proqramı ilə bağlı olan suallarınızı cavablandırıb, sizə düzgün seçim etməkdə yardımçı olacaqdır. Əlavə məlumat üçün ehtiyac yaranarsa, Roof Academic Training olaraq hər bir sualınızı cavablandırmağa, sizi düzgün yöndə istiqamətləndirməyə hazırıq.

Bu məqalədə:

  • Niyə Macarıstan?
  • Təqaüdün əhatə etdiyi xərclər
  • Əsas mərhələlər
  • Tələb olunan sənədlər
  • Universitetlər və ixtisas seçimi
  1. Niyə Macarıstan?

İnternasionallıq Macarıstan universitetlərinin seçilən və xarakterik xüsusiyyətidir. Hər il dünyanın fərqli ölkələrindən minlərlə tələbə Avropanın qədim universitetlərindən sayılan University of Debrecen, Eotvos Lorand University və digər təhsil müəssisələrində keyfiyyətli təhsil almaq üçün Macarıstana yollanır. Bu səbəbdən Macarıstanda təhsil, ixtisas biliklərinizi artırmaqla yanaşı, sizə əvəzolunmaz və maraqlı təcrübə qazandıracaq. Bundan əlavə, Macarıstanın təqdim etdiyi Stipendium Hungaricum hər ölkədən 200 namizəd üçün nəzərdə tutulduğundan onu qazanmaq şansı digər təqaüd proqramlarına nisbətən daha yüksəkdir. Digər tərəfdən isə yaşayış üçün sərfəli qiymətlər, perspektivli iş imkanları, keyfiyyətli nəqliyyat sistemi, olduqca aşağı cinayətkarlıq səviyyəsi, təmiz şəhərlər və gözəl təbiət Macarıstanı yaşayıb oxumaq üçün əlverişli ölkələrdən biri edir.

 

  1. Təqaüdün əhatə etdiyi xərclər
  • Ödənişsiz təhsil
  • Universitet yataqxanasında yaşayış
  • Tibbi sığorta
  • Aylıq xərclər üçün təqaüd (bakalavriat, magistratura – cca EUR 130, doktorantura – cca EUR 450)

Şəhərlərə uyğun olaraq aylıq xərclərlə bağlı məlumatı http://studyinhungary.hu/living-in-hungary/menu/your-costs-of-living.html linkinə daxil olaraq əldə edə bilərsiniz.

  1. Əsas mərhələlər
  2. Elektron müraciət formasının 15 yanvar 2019 tarixinə qədər doldurulması (https://apply.stipendiumhungaricum.hu/).
  3. Uyğun seçilən namizədlərin Təhsil Nazirliyində fərdi müsahibəsi.
  4. Müsahibəni uğurla keçən namizədlər üçün seçdikləri universitetlərin qəbul prosesi (müəssisəyə uyğun olaraq dəyişir)

 

  1. Tələb olunan sənədlər

Sənədləri qeyd olunan vaxta qədər toplayıb tələb olunan formatda təqdim etmək vacibdir. Xırda bir uyğunsuzluq səbəbindən imtina almamaq üçün bu mərhələyə məsuliyyətlə yanaşmağı tövsiyə edirik.

  • Elektron müraciət forması
  • Motivasiya məktubu (minimum 500 söz)
  • * Dil sertifikatı (IELTS 6.5 (hər bölmənin 6-dan aşağı olmaması şərti ilə)/TOEFL 90/B2)
  • Europass formatında doldurulmuş CV
  • * Təhsil sənədləri
  1. Orta təhsili bitirmə haqqında sənəd – ingilis dilində tərcümə və notarial qaydada təsdiq olunmuş surəti
  2. Rəsmi transkriptlər, dərəcələr, artıq bitmiş ali təhsil diplomu – notarial qaydada tərcümə təsdiq olunmuş surəti
  3. Bakalavr (BA/BSc) diplomu – ingilis dilində tərcümə və notarial qaydada təsdiq olunmuş surəti (MA/MSc proqramları üçün)
  • * Şəxsiyyəti təstiq edən sənədin surəti
  • * Yoluxucu xəstəliklərin olmamasına dair tibbi arayış (ingilis və ya macar dilində).

Doktorantura proqramı üçün müraciət edən namizədlər üçün əlavə olaraq:

  • Tədqiqat işi (minimum 2 səhifə)
  • Magistratura (MA/MSc) diplomunun surəti (ingilis dilinə tərcümə təsdiq edilmiş)
  • Təhsil müəssisəsi tərəfindən verilmiş iki ədəd tövsiyə məktubu.

*-la qeyd olunan sənədləri 15 yanvar 2019 kimi müraciət formasına daxil edə bilmədiyiniz halda, 2019-cu ilin yaz/yay aylarında təqdim edə bilərsiniz. Həmin sənədlərin təqdim edilməsi üçün son tarix – 1 avqust 2019.

  1. Universitetlər və ixtisas seçimi

QS World University Rankings 2018 nəticələrinə əsasən Macarıstanın top 5 universiteti:

  1. University of Szeged (501-550)
  2. Eötvös Lorànd University (651-700)
  3. University of Debrecen (651-700)
  4. University of Pécs(701-750)
  5. Budapest University of Technology and Economics(801-1000)

Təqaüd Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən aşağıdaki sahələr üçün nəzərdə tutulur:

Tam bakalavr, magistratura təhsil proqramları üzrə:

  • kənd təsərrüfatı, su idarəetməsi – 40 təqaüd;
  • təbiət elmləri, davamlı inkişaf – 30 təqaüd,
  • tibb elmləri – 10 təqaüd;
  • turizm – 40 təqaüd;
  • mühəndislik, informasiya texnologiyaları, texnologiyalar – 30 təqaüd;
  • iqtisadiyyat, biznes və idarəetmə elmləri – 40 təqaüd;

 

Doktorantura təhsili üzrə:

  • istənilən maraq dairəsi – 10 təqaüd.

İxtisas və universitetləri http://studyinhungary.hu/study-in-hungary/menu/find-a-study-programme/study-finder.html linkinə daxil olaraq seçə bilərsiniz. İxtisas seçimi ilə əlaqəli sual yaranarsa, bizim məsləhət saatlarında yaxınlaşıb aydın olmayan hər bir sualınıza cavab tapa bilərsiniz.

Summary
Macarıstanda təqaüdlə təhsil 2019 | Stipendium Hungaricum
Article Name
Macarıstanda təqaüdlə təhsil 2019 | Stipendium Hungaricum
Description
Bu məqalə “Stipendium Hungaricum” 2019-2020-ci illər Macarıstanda təqaüd proqramı ilə bağlı sizə düzgün seçim etməkdə yardımçı olacaqdır.
Author
Publisher Name
Roof Academic Training
Publisher Logo