Estoniyada təqaüdlə təhsil

Niyə Estoniya?

Hər birimizi maraqlandıran əsas mövzulardan biri təhlükəsizlikdir. Estoniya dünyanın ən təhlükəsiz ölkələri siyahısında yer alır. Digər bir məsələ təbii ki, ölkənin təhsil sisteminin inkişafıdır. Estoniya rəqəmsal və texnologiya sahəsində öz sözünü demiş ölkələrdən biridir. Elektron hökümət, səhiyyə, məktəb sistemlərini Estoniya yaratdı. Xaricdəki dostların ən çox istifadə etdiyi platformalardan biri olan Skype bu ölkədə yaranıb. Sizcə də burada oxumaq maraqlı olmazdı?

Estoniyanın ən yaxşı 3 universiteti hansıdır?

  • Tartu Universiteti
  • Tallin Texnologiya Universiteti
  • Tallin Universiteti

Estoniyada oxumaq üçün tələblər nələrdir?

Estoniya universitetlərinə müraciət zamanı sizdən bakalavr dərəcəsinə müraciət üçün orta məktəbi bitirdiyinizə dair sənəd, magistraturaya müraciət zamanı isə bakalavr dərəcəsi üzrə diplom tələb olunur. Təhsil dili ingiliscə olduğu üçün ingilis dili biliklərinizin kifayət etdiyini göstərən hər hansı beynəlxalq dil sertifikatınızın olması kifayət edir. Bəzi Estoniya universitetləri isə dil biliklərinizi yoxlamaq üçün xüsusi imtahan tələb edə bilərlər. Müraciət etdiyiniz ixtisasdan və universitetdən asılı olaraq sizdən intervyu, iş portfoliosu, motivasiya və ya tövsiyə məktubları tələb oluna bilər. Universitet seçərkən onun şərtlərini ətraflı oxumağı unutmayın 🙂

Ortalama təhsil və yaşayış xərcləri nə qədərdir?

Əvvəlcə onu qeyd edək ki, universitetlərin illik təhsil haqqı oxuduğunuz universitetdən, ixtisasdan asılı olaraq dəyişir. İllik ortalama universitet ödənişi 1 000-7 500 avro arası dəyişir. Tibb ixtisaslarında illik təhsil haqqı təxmini 11 000 avroya çata bilir. Doktorantura üzrə oxumaq istəyənlərdən isə universitet heç bir ödəniş tələb etmir.

Aylıq yaşayış xərcləri təxmini 300-500 avro arası dəyişir. Yataqxanaların aylıq ödənişi ortalama 150 avrodur. Seçiminiz yataqxana yox, kirayə ev olarsa isə bu ədəd 250-500 avroya qədər arta bilər. Yemək xərcləri aylıq 300 avro təşkil edir.
İctimai nəqliyyatda vəziyyət bir qədər fərqlidir. Əgər siz Tallin şəhərində yaşayırsınızsa, ictimai nəqliyyatdan istifadə ödənişsizdir, Tartu şəhərində isə aylıq biletin qiyməti 8.63 avrodur. Gördüyünüz kimi, xərclər sizin seçimlərinizdən asılı olaraq dəyişir. Biz sizə təxmini məbləğlər barəsində məlumat veririk, getməzdən öncə sizin də kiçik bir araşdırma aparmağınız məsləhətdir.

 

İş imkanları nə dərəcədə yaxşıdır?

Təhsil alarkən və məzun olduqdan sonra Estoniyada qalıb işləmək mümkündür. Tələbələr yarım iş günü ( həftəlik 20 saat ) çalışaraq aylıq ortalama 500 avrodan yuxarı gəlir əldə edə bilərlər. Tələbələr üçün saatlıq əməkhaqqı isə 15-20 avro arasında dəyişir.  Məzun olduqdan sonra ölkədə qalmaq icazəniz bitsə belə sizə 270 gün Estoniyada olmaq icazəsi verilir. Bu müddət sizin iş tapmağınız üçün nəzərdə tutulur. Daha sonra Estoniyada uzunmüddətli ( 6 aydan çox ) qalmaq istəyirsinizsə, xüsusi icazə üçün müraciət etməlisiniz. İlk əvvəl sizə 2 ilə qədər ölkədə qalmaq icazəsi verilir, 5 il ölkədə olduqdan sonra isə bu müddət uzadılır. Ölkədə aylıq ortalama gəlir 1221 avrodur. Uzun sözün qısası həm oxumaq, həm işləmək üçün kifayət qədər şansınız var, təki siz istəyin.

Tallin şəhərində tələbələr üçün iş imkanı daha genişdir. Burada fəaliyyət göstərən böyük şirkətlər çoxdur və həmin təşkilatar tələbələri təcrübəçi, daha sonra işçi kimi götürməkdə maraqlıdırlar. Bir sözlə, ölkədə iş tapmaq üçün böyük imkanlar var, sadəcə sizin həvəsli olmağınız gələcək inkişafınıza böyük təkanlar verə bilər.

Estoniyada təqaüdlü təhsil qazanmaq mümkündür?

İlk öncə onu qeyd edək ki, ötən tədris ilində 12 tələbəmiz üçün Estoniyadan təqaüdlü təhsil üzrə qəbul almışıq. Bu tələbələrdən 4-ü tam təqaüdlü təhsil imkanı əldə edib. Digərləri isə təhsil haqqından azaddırlar, yalnız yaşayış xərclərini özləri qarşılayır.

Estoniyada təhsilə başladıqdan sonra artıq universitetiniz sizi bir çox təqaüd proqramları haqqında məlumatlandırır. Mümkün təqaüdlər barədə sizin mail ünvanınıza məlumat göndərilir, yəni universitet sizin təqaüd tapmağınıza köməklik göstərir.

Bu ölkədə təqaüd qazanmaq şansı böyükdür. Müxtəlif təqaüd proqramları sizə bu şansı verir.
Bu ölkədə hansı təqaüd imkanları var?

  • Estoniya hökümətinin əcnəbi tələbələrə ayırdığı təqaüd
  • Universitetlərin təqaüd proqramları
  • Müxtəlif təşkilatların tələbələrə dəstək üçün ayırdığı təqaüdlər

Təqaüdün miqdarı və şərtləri hər bir proqramda fərqli ola bilər. 2019/20 təhsil ili üçün təqdim edilən tələbə təqaüd proqramlarının siyahısı ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:
https://goo.gl/RrFNJT

Qeyd olunan məlumatların sizin üçün faydalı olacağına inanırıq. Əlavə suallarınız yaranarsa, ROOF Academic Training tədris mərkəzinə müraciət edə bilərsiniz. Biz hər zaman sizi xaricə göndərməyə hazırıq!
Uğurlar!

Summary
Estoniyada təqaüdlü təhsil, tələbə təqaüd proqramları
Article Name
Estoniyada təqaüdlü təhsil, tələbə təqaüd proqramları
Description
Estoniyada taqaudlu tehsil ve is imkanları, telebe teqaud proqramlari və Estoniya universitetləri haqqında geniş məlumat əldə edə bilərsiniz.
Author
Publisher Name
Roof Academic Training
Publisher Logo