Çində təhsil

 

Çin dünyanın ən qədim sivilizasiyalarından birinə malik, bir çox ixtiraların vətəni, ənənəvi və müasir mədəniyyətin kəsişdiyi bir ölkədir. UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına salınmış 28 görməli yerlər, uzaq şərqin adət-ənənələri, qeyri-adi mətbəx və bir çox xüsusiyyətlər bu ölkəni kəşf etmək arzusunu yaradır. Bundan əlavə Çin nəhəng istehsal gücünə malikdir və istifadə etdiyimiz hər ikinci əşya çin istehsalıdır. Bu məqalədə Çin haqqında ümumi məlumatlarla tanış ola bilərsiniz.

 

Təhsil

Çində hər bir təhsil müəssisəsinin öz üstünlükləri var, buna baxmayaraq bir çoxunu birləşdirən fərqli xüsusiyyət – tarixi dəyərə malik olmaları və mənzərəli yerlərdə yerləşməkləridir. Məsələn, Pekində İxeyuan kalafası yaxınlığında, park ərazisində olduqca zəngin texniki bazaya malik Çinin ən böyük universiteti, Şıntsı dağının kənarında Siçuan universiteti, dəniz kənarında Dalyan universiteti və peşakar pedaqojı heyəti ilə məşhur olan Dalyan Tibb universiteti kimi təhsil ocaqlarını misal çəkmək olar. Ümumiyyətlə Çində 100-dən çox ali təhsil müəssisəsi vardır. Burada ancaq dövlət universitetləri fəaliyyət göstərdiyindən təhsil Avropa ölkələri ilə müqayisədə daha sərfəlidir. Beləki, bakalavr təhsili üçün qiymətlər 3000-6000 USD, magistr üçün 3000-7000 USD, doktorantura üçün isə 3000-9000 USD aralığında dəyişir. Çin 1950-ci ildən xarici tələbələrin qəbuluna başlamışdır və hal-hazırda 78.000 xarici tələbə burada təhsil alır.

İş imkanları

Çinin iqtisadi inkişaf səviyyəsi ildən-ilə artaraq dünyanı təəccübləndirməyə davam edir. Hər il müəssisələrin sayı 5-6% artır və uyğun olaraq bu ölkədə iş imkanları yüksəlir. Ölkə üzrə orta aylıq gəlir 1674 AZN təşkil edir. Çində ixtisaslaşmış vətandaşlar cəmi 5% təşkil etdiyindən xarici işçilərə tələbat həddən artıq çoxdur. Tələbat olan sahələrdən bir və xaricilər üçün ən geniş yayılmış işlərdən biri inglis dili müəllimliyidir hansı ki, saatda 25-50 AZN qazanmaq imkanını yaradır. Bundan başqa mühəndislərə və İT sahəsində çalışan ixtisaslaşmış kadrlara da böyük ehtiyac var. Bu sahədə aylıq gəlir 3000-8000 AZN təşkil edir.

İş sahəsi Aylıq gəlir (USD)
Əczaçılıq 760
Logistika 885–1265
Memarlıq, landşaft dizaynı 1015–1265
Audit və maliyyə nəzarəti 1300-dan başlayaraq
Veb-dizayn və proqramlaşdırma 1300–1500
Sığorta 1500–1900
Təhlükəsizlik sistemləri dizaynı 1900–2530
Sinxron tərcümə 3795–5060

Çində aktiv olan vakansiyalar haqqında aşağıdakı saytlardan məlumat əldə edə bilərsiniz:

Summary
Çinde Tehsil
Article Name
Çinde Tehsil
Description
Çində hər bir təhsil müəssisəsinin öz üstünlükləri var, buna baxmayaraq bir çoxunu birləşdirən fərqli xüsusiyyət - tarixi dəyərə malik olmaları və mənzərəli yerlərdə yerləşməkləridir.
Author
Publisher Name
Roof Academic Training
Publisher Logo