650-in qüruru, yoxsa 65-in sevinci?

Bir müddətdir ölkədən dünyanın Top10, Top20 universitetlərinə bakalavr təhsili almaq üçün getməməyimizin səbəbini düşünürəm və bizimlə olan tələbələrimizi göndərmə yollarını araşdırıram, övladlarımıza arzu verə bilmirik, çünki düşünmürük ki, mümkündür. Bəlkə də, bir çoxumuzun xəbəri belə yoxdur potensiallı gənc insanlar 2-3 il ilk 1000-ə və ya 2000-ə belə düşə bilməyən universitetlərimiz üçün gecə-gündüz çalışır və ya ən yaxşısı ilk 500 arasına girəndə sevinən qonşu ölkə universitetləri üçün 2 il YÖS-ə hazırlaşırlar, halbuki bu qədər vaxt və enerjini dünyanın top klass universitetlərinə sərf etmələri lazımdır. Bir çox əjdaha yeniyetmələrin, Duke, UPenn, Berkeley kimi yerlərə Namibiya, Zimbabve, Sent Kits və Nevisdən qəbul alanlar olur, amma Azərbaycandan olmur əksər hallarda, mən inanmıram ki, o ölkədən olan gənc insanlar bizimkilərdən daha potensiallıdırlar, sadəcə biz nəsillikcə 650-nin qürurunu yaşayanda, camaat illik 65 min dollar təqaüd qazanmanın sevincini yaşayır, halbuki sistemli çalışma ilə oraların qapısını döyməliyik, nə olsun ki, kiçik ölkədə yaşayırıq, axı arzularımız böyük ola bilər.

Ps. It is not the result that is important, It is who you become in the process of achieving that result.