Company logo

Ready to get started?

TOP Universities
Company logo

+994 55 538 4496

+994 12 489 4496

whatsappfacebookinstagramlinkedinyoutube
TOP Universities

May 22, 2023

Macarıstanda İnformatika üzrə Maqistr Təhsili / ELTE Savaria Egyetemi Központ Universiteti

Seriyamızın 35-ci günündə Macarıstanın Sombathey şəhərində tələbəmiz Rauf ilə birgəyik.

1) Özünüzü təqdim edə bilərsiniz?

Mənim adım Raufdur. 21 yaşım var. Macarıstanın Szombathely (Sombathey) şəhərində "ELTE Savaria Egyetemi Központ" universitetində magistr təhsili alıram. İxtisasım informatika fakültəsində “Maşınqayırma”-dır. Hal-hazırda ilk kursumu bitirirəm.

2) Universitetə hansı nəticələr ilə qəbul olmuşdunuz?

6.0 IELTS nəticəsi, həmçinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin adi diplomu ilə universitetə daxil olmuşam. Təhsilim ödənişlidir. Semestr haqqı 3060 avrodur. Yaşayış xərcləri ayda təxminən 700 - 900 AZN-dir.

3) Universitetdə təhsil necədir (dərslər; elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?

Universitetdə təhsil interaktivdir. Düsturları və nəzəriyyələri əzbərləmək demək olar ki, lazım deyil. Təbii ki, istisnalar var. Arada əziyyətdə çəkmək lazımdır) Amma ümumilikdə bütün dərslər materialı yadda saxlamaqdan daha çox təcrübəyə əsaslanır. Hər bir fənn üzrə laboratoriyalar və avadanlıqlar var. Bir sözlə, dərsdə darıxmayacaqsınız. Universitetin digər maraqlı cəhəti də odur ki, semestrin sonunda imtahan zamanı mütləq rəsmi geyimdə olmalısınız. Qəribə, lakin maraqlıdır.

4) Bəs təhsil xaricində tələbə həyatı necədir (klublar, yarışmalar və s. sosial fəaliyyətlər)?

Universitetdə təhsildən əlavə çoxlu əyləncəli görüşlər və tədbirlər keçirilir. Müxtəlif ölkələrdən bütün tələbələr toplaşır və hər biri öz ölkəsini müxtəlif formalarda təmsil edir: milli mətbəx, rəqslər və ya milli geyimlər. Təhsilin ilk 4 ayında Danimarka, Almaniya, Polşa, Avstriyaya səyahət etmişəm. Yeri gəlmişkən, oxuduğum şəhərdən Avstriyaya velosiped ilə getmək olar. Səyahət saat yarım çəkir.

5) Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?

Yaşadığım şəhəri bəyənirəm, çünki bura kifayət qədər sakitdir, Budapeştdəki kimi səs-küylü deyil. Hər yerdə təbiət və təmiz hava var. Yeri gəlmişkən, burada da hava demək olar ki, Bakıdakı kimidir. Budapeştə qatarla 2 saat yarıma getmək olar. Tələbələrə endirim olduğu üçün qiymət aşağıdır.

6) Bu ölkədə, universitetdə, və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?

Xaricə təhsil almağ istyənlərə məsləhətim odur ki, ilk öncə özünüzü dinləyin. Həqiqətən xaricdə təhsil almaq istəyirsiniz ya yox? İkincisi, xaricdə özünüzü ana dilinizdə danışmayan insanlarla əhatə etməyə çalışın ki, ingilis dilində danışmaq məcburiyyətində qalasınız və ya yeni dil öyrənəsiniz. Və ən əsası ailəniz və dostlarınızla daha çox vaxt keçirin. Çünki xaricə getsəniz vaxt aşırı həmin insanlar üçün darıxacaqsınız. Sonda bu çətin, lakin maraqlı yolda hər kəsə uğurlar arzulayıram!

ROOF Web Academy

İnteraktiv və əyləncəli tədris metodu

Roof Academy platformTOP Universities
Roof Academy platform

Məzunlarımız bizim haqqda nə deyir?

Yeni məzunlarımız və fikirləri

Tələbələrimiz
Student

ROOF Academic Training-də keyfiyyətli təhsilin olması çoxlu şagirdlərin nəticələri formasında göz önündədir. Mənim də qazandığım nəticələrdə bu komandanın rolu böyükdür. Amma buranı mənim üçün başqa təhsil ocaqlarından fərqli edən əsas faktor insanlarla olan münasibətdir. Sinif otağı daxilində və xaricində səmimi və mehriban bir mühit var və bu ROOF Academic Trainingi mənim üçün çox dəyərli edir, əsl ailə kimi.

Salman Hüseynov 🇺🇸

Tələbələrimiz
Company logo

Ready to get started?

TOP Universities

Haqqımızda

Biz kimikSosial həyatımızKomandaKaryeraTərəfdaşlarımız
Terms & ConditionsPrivacy Policy

Contact us

+994 55 538 44 96

whatsappfacebookinstagramlinkedinyoutube