Company logo

Ready to get started?

TOP Universities
Company logo

+994 55 538 4496

+994 12 489 4496

whatsappfacebookinstagramlinkedinyoutube
TOP Universities

May 13, 2023

Sinqapurda Kimya Mühəndisliyi üzrə Təhsil / Nanyanq Texnologiya Universiteti

Seriyamızın 28-ci günündə Sinqapurda tələbəmiz Məshəti ilə birgəyik.

1) Özünüzü təqdim edə bilərsiniz?

Mən Piriyeva Məhsəti. Hal hazırda Sinqapurda 1-ci kurs tələbəsiyəm. Təhsilimi Nanyanq Texnologiya Universitetində (NTU) kimya mühəndisliyi üzrə alıram.

2) Universitetə hansı nəticələr ilə qəbul olmuşdunuz?

1400 SAT, 92 TOEFL nəticələri ilə qəbul olmuşam. Bunlardan əlavə yerli olimpiadalardan 1 gümüş, 1 qızıl, beynəlxalq olimpiadalardan isə 1 bürünc medalım var idi. Hal-hazırda 2022-2026 Dövlət proqramı ilə təhsilimi davam etdirirəm.

3) Universitetdə təhsil necədir (dərslər; elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?

Dərslərin keyfiyyəti yaxşıdır. Amma deyərdim NTU-da elmi araşdırmalar dərsin keyfiyyətinin bir qədər üzərində çıxır. Universitetin digər şirkətlərlə olan korporativ labaratoriyalarının hesabına daha məqsədəuyğun və spesifik araşdırmalar aparılır. Beləliklə, nəticə birbaşa bazara çıxış əldə edə bilir. Tez-tez elmi konfranslar təşkil olunur. Nobel mükafatçılarından leksiyalar dinləyə bilirsiniz. Qısaca desək, mühit insanı oxumağa, daha çox öyrənməyə həvəsləndirir.

4) Bəs təhsil xaricində tələbə həyatı necədir (klublar, yarışmalar və s. sosial fəaliyyətlər)?

Din, idman, elm, biznes kimi bir çox sahələr üzrə klublar var. Hətta öz maraq sahənizə aid klub yoxdursa, siz öz klubunuzu qura bilərsiniz. Universitet hər kəsin iştirakını təşviq etmək üçün bal sistemi tətbiq edir. Sosial fəaliyyətlər üzrə minimum 5 bal toplamalısınız ki, gələn il üçün yataqxanada sizə yer verilsin. Bu da tələbələri ancaq dərslər yox, həm də sosial işlərdə iştirak etməyə təşviq edir.

5) Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?

Sinqapur elə bir şəhərdən ibarət ölkədir. Ərazisinə görə Azərbaycandan təqribən 100 dəfə kiçikdir, lakin mükəmməl şəhər planlaması, hər qarışından səmərəli istifadə etmələri məni cəlb etmişdi. Ölkədə tropik iqlim olduğu üçün, hər yerdə yaşıllıq və hündür ağaclar görmək mümkündür. Havası isə həmişə istidir.

6) Bu ölkədə, universitetdə, və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?

Xaricdə oxumaq istəyən tələbələrə, hədəfləri üçün tez çalışmağa başlamağı və oxumaq istədikləri universitet haqqında çoxlu araşdırma etməklərini tövsiyyə edərdim.

ROOF Web Academy

İnteraktiv və əyləncəli tədris metodu

Roof Academy platformTOP Universities
Roof Academy platform

Məzunlarımız bizim haqqda nə deyir?

Yeni məzunlarımız və fikirləri

Tələbələrimiz
Student

ROOF Academic Training-də keyfiyyətli təhsilin olması çoxlu şagirdlərin nəticələri formasında göz önündədir. Mənim də qazandığım nəticələrdə bu komandanın rolu böyükdür. Amma buranı mənim üçün başqa təhsil ocaqlarından fərqli edən əsas faktor insanlarla olan münasibətdir. Sinif otağı daxilində və xaricində səmimi və mehriban bir mühit var və bu ROOF Academic Trainingi mənim üçün çox dəyərli edir, əsl ailə kimi.

Salman Hüseynov 🇺🇸

Tələbələrimiz
Company logo

Ready to get started?

TOP Universities

Haqqımızda

Biz kimikSosial həyatımızKomandaKaryeraTərəfdaşlarımız
Terms & ConditionsPrivacy Policy

Contact us

+994 55 538 44 96

whatsappfacebookinstagramlinkedinyoutube