Company logo

Ready to get started?

TOP Universities
Company logo

+994 55 538 4496

+994 12 489 4496

whatsappfacebookinstagramlinkedinyoutube
TOP Universities

May 06, 2023

Amerikada Təhsil / UMass Amherst Universiteti

Seriyamızın 22-ci günündə Amerikanın Amherst şəhərində tələbəmiz Ramin ilə birgəyik.

1) Özünüzü təqdim edə bilərsiniz?

Mən Ramin Qasımlı. 2022-ci ildən Amerikanın UMass Amherst universitetində Fizika ixtisası üzrə təhsil alıram.

2) Universitetə hansı nəticələr ilə qəbul olmuşdunuz?

1340 SAT və 6.5 IELTS ballarım var idi. Bundan əlavə, fizika fənni üzrə Respublika Fənn Olimpiadasından 3 gümüş medal qazanmışdım. Müraciətimin ən vacib hissəsi isə, fikrimcə, fizika, riyaziyyat və astronomiya üzrə beynəlxalq yarışlardan qazandığım medallar idi. Həmçinin universitetə göndərilən tövsiyə məktublarını olimpiada və məktəb müəllimlərim yazmışdı.

3) Universitetdə təhsil necədir (dərslər; elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?

İlk semestrimi yaxşı qiymətlərlə tamamladım. Dərslərim arasında mənə ən maraqlı gələn fizika və riyaziyyat idi, çünki bunlar ixtisasımla birbaşa əlaqəlidir. Həftədə bir dəfə tələbələrlə müzakirə saatları olurdu və bu müddətdə, professorlar bizim bütün suallarımızı cavablandırırdılar. Bundan əlavə, bu semestr həm də bir professor və post-doktoral tələbə ilə fizikanın maye mexanikası sahəsi üzrə araşdırmada iştirak etdim. Bu araşdırmanın həm də Python proqramlaşdırma dilini öyrənməyimə faydası oldu. Təhsil xərclərinə gəldikdə isə, mənə universitet illik $16000 təqaüd verir. Qalan təhsil, həmçinin yataqxana və yemək xərclərini isə mən qarşılayıram.

4) Bəs təhsil xaricində tələbə həyatı necədir (klublar, yarışmalar və s. sosial fəaliyyətlər)?

Yataqxanada tək qaldığım üçün hamı ilə əksər hallarda internet üzərindən əlaqə saxlayırdım. Tələbə yoldaşlarım ilə ən əyləncəli vaxtı isə fizika laboratoriyasında keçirirdim. Burada eksperimentlər aparır və uyğun datanı Python proqramında istifadə edərək yeni nəticələr alırdıq. Şahmatı çox sevdiyimdən növbəti semestr şahmat klubuna qoşulmağı düşünürəm.

5) Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?

Amherst şəhərindəki nəqliyyat sistemində piyadalara çox önəm verilir və maşınlar demək olar ki həmişə bütün qaydalara riayət edirlər. İnsanların əksəriyyəti çox istiqanlıdır, amma bəzən Azərbaycan ilə Amerika arasında mədəniyyət fərqi hiss olunur və bu mənim oraya öyrəşməyimdə çətinliklər yaradır. Universitet kampusunun isə maraqlı, həm müasir, həm də qədim binalardan ibarət arxitekturası var.

6) Bu ölkədə, universitetdə, və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?

Xaricdə, xüsusilə də Amerikada bakalavr təhsili almaq istəyənlər ingilis dilini öyrənməyə nə qədər tez yaşdan başlasalar, bu bir o qədər gələcəkdə faydalı olar. Hər hansı bir fənn üzrə maraq və istedadları varsa respublika və beynəlxalq olimpiadalarda iştirak edib medal qazanmaq da çox faydalıdır. Həmçinin sosial fəaliyyətlərdə iştirak etmək və sertifikatlar əldə etmək müraciət prosesinə müsbət təsir göstərəcək. Mən 1-ci semestrdə Proqramlaşdırma dillərindən Python-u öyrənməyə başladım, lakin universitetdə bir addım öndə olmaq üçün məktəb illəri ərzində proqramlaşdırma dilləri də öyrənmək olar.

ROOF Web Academy

İnteraktiv və əyləncəli tədris metodu

Roof Academy platformTOP Universities
Roof Academy platform

Məzunlarımız bizim haqqda nə deyir?

Yeni məzunlarımız və fikirləri

Tələbələrimiz
Student

ROOF Academic Training-də keyfiyyətli təhsilin olması çoxlu şagirdlərin nəticələri formasında göz önündədir. Mənim də qazandığım nəticələrdə bu komandanın rolu böyükdür. Amma buranı mənim üçün başqa təhsil ocaqlarından fərqli edən əsas faktor insanlarla olan münasibətdir. Sinif otağı daxilində və xaricində səmimi və mehriban bir mühit var və bu ROOF Academic Trainingi mənim üçün çox dəyərli edir, əsl ailə kimi.

Salman Hüseynov 🇺🇸

Tələbələrimiz
Company logo

Ready to get started?

TOP Universities

Haqqımızda

Biz kimikSosial həyatımızKomandaKaryeraTərəfdaşlarımız
Terms & ConditionsPrivacy Policy

Contact us

+994 55 538 44 96

whatsappfacebookinstagramlinkedinyoutube