Company logo

Ready to get started?

TOP Universities
Company logo

+994 55 538 4496

+994 12 489 4496

whatsappfacebookinstagramlinkedinyoutube
TOP Universities

April 26, 2023

Polşada Jurnalistika və Sosial Kommunikasiya üzrə Təhsil

Seriyamızın 13-cü günündə Polşanın Varşava şəhərində tələbəmiz Allahverdi ilə birgəyik.

1) Özünüzü təqdim edə bilərsiniz?

Mən Allahverdi Hüseynzadə. 19 yaşım var. Varşavada jurnalistika və sosial kommunikasiya üzrə 3-cü kursda təhsil alıram. Amerika daxil olmaqla dünyanın 10 öləkəsində və 25-dən çox şəhərində olmuşam 🙂

2) Universitetə hansı nəticələr ilə qəbul olmuşdunuz?

Universitetə daxil olduqda IELTS balım 6.5 idi.

3) Universitetdə təhsil necədir (dərslər; elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?

Mən öz ixtisasım haqqında deyə bilərəm ki, dərslər maraqlı və öyrədici olur. Dərslərdə imtahanlar, qrup işləri və layihələr həyata keçiririk. Hər hansı bir sualımız olanda müəllimə yaza bilir və sualımıza cavab ala bilirik. Dərslərdə bizdən yeni veb-sayt qurmaq və ya məhsulumuzu yaratmaq istənilir.

4) Bəs təhsil xaricində tələbə həyatı necədir (klublar, yarışmalar və s. sosial fəaliyyətlər)?

Xaricdə tələbə olmaq özü-özlüyündə çox maraqlı bir təcrübədir. Dünyanın müxtəlif ölkələrindən tələbələrlə birlikdə fikir alış-verişi edə bilir və məlumatları bir-birimizlə bölüşürük. Mən hal-hazırda univerisitet daxilində Asia klubunun prezidenti və mentoram. Müxtəlif tədbirlər keçirir və yeni tələbələrə dəstək oluram. Keçən semester University of New York in Prague-da Erasmus etmişdim. Praq tarixi binaları ilə sözün əsl mənasında valeh edicidir. Şəhər tarixi gözəlliyini hələ də qoruyub saxlaya bilir. Work and travel proqramı ilə 4 aylıq Ocean city, Maryland-də oldum. Amerikada çox millətdən, dindən və irqdən olan insanlar var və bu sizə digər ölkələr və insanlar haqqında məlumat verir.

5) Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?

Mən Polşanın paytaxtı Varşavadayam. Varşava sakit və gözəl şəhərdir. Parkları, muzeyləri və küçələri cəlbedicidir. Polşada tarixi və istirahət etmək üçün bir çox şəhərlər var. Polşada olduğum müddət ərzində 7-yə yaxın şəhərdə olmuşam və demək olar ki, hamısı öz estetikası ilə mənim diqqətimi çəkmişdi.

6) Bu ölkədə, universitetdə və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?

Qısaca məsləhətlərim bunlar olardı: - Hədəf siyahısı hazırlamaq. - Hədəfli şəkildə gəlib online kurslar bitirmək (hansı ki mən özüm 100-ə yaxın online və face-to-face kurs bitirmişəm). - Könüllülük proqramlarına qatılmaq. Universitet daxili bir çox könüllülük proqramı olur ki, sizə yeni dostlar qazanmağa kömək edir. - Gəziləcək yerlərin siyahısını hazırlayıb gəzmək.

ROOF Web Academy

İnteraktiv və əyləncəli tədris metodu

Roof Academy platformTOP Universities
Roof Academy platform

Məzunlarımız bizim haqqda nə deyir?

Yeni məzunlarımız və fikirləri

Tələbələrimiz
Student

ROOF Academic Training-də keyfiyyətli təhsilin olması çoxlu şagirdlərin nəticələri formasında göz önündədir. Mənim də qazandığım nəticələrdə bu komandanın rolu böyükdür. Amma buranı mənim üçün başqa təhsil ocaqlarından fərqli edən əsas faktor insanlarla olan münasibətdir. Sinif otağı daxilində və xaricində səmimi və mehriban bir mühit var və bu ROOF Academic Trainingi mənim üçün çox dəyərli edir, əsl ailə kimi.

Salman Hüseynov 🇺🇸

Tələbələrimiz
Company logo

Ready to get started?

TOP Universities

Haqqımızda

Biz kimikSosial həyatımızKomandaKaryeraTərəfdaşlarımız
Terms & ConditionsPrivacy Policy

Contact us

+994 55 538 44 96

whatsappfacebookinstagramlinkedinyoutube