Company logo

Ready to get started?

TOP Universities
Company logo

+994 55 538 4496

+994 12 489 4496

whatsappfacebookinstagramlinkedinyoutube
TOP Universities

October 14, 2023

Kanadada Statistika və Kompüter Elmləri üzrə Təhsil / McGill Universiteti

Seriyamızın 78-ci günündə Kanadanın Montreal şəhərində tələbəmiz Cəlil ilə birgəyik.

1) Özünüzü təqdim edə bilərsiniz?

Salam, mən Cəlil Cabbarlı. Kanadada McGill Universitetində statistika və kompüter elmləri üzrə təhsil alıram.

2) Universitetə hansı nəticələr ilə qəbul olmuşdunuz?

Universitetə IELTS 8.5, ACT 33, həmçinin beynəlxalq və yerli hackathon-lar və yarışmalardan olan nəticələr ilə qəbul olmuşdum.

3) Universitetdə təhsil necədir (dərslər, elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?

Dərslər maraqlı və çox yüksək səviyyədədir. Əsasən dərslər əzbərçilik yox, layihələr üzərində işləyərək öyrəndiyimiz materialları tətbiq etməkdən ibarətdir. Professorlar öz sahələrində dərin biliklərə malikdirlər və mühüm tətqiqatlar aparırlar. Onların yanında tətqiqatlara qoşulmaq mümkündür.

4) Bəs təhsil xaricində tələbə həyatı necədir (klublar, yarışmalar və s. sosial fəaliyyətlər)?

Universitetdə istənilən maraqlara uygun klublar və cəmiyyətlər var. Bura idman klubları, müxtəlif sahələrə uyğun (trading, blockchain, entrepreneurship, AI və s.) və müxtəlif mədəniyyətləri birləşdirən klublar daxildir. Bir qrup azərbaycanlı tələbələr ilə McGill-də azərbaycanlı tələbələrin assosiasiyasını qurmağı planlayırıq.

5) Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?

Montreal Kanadanın fransız əyalətində yerləşən, müxtəlif mədəniyyətləri birləşdirən şəhərdir. Şəhər çox gözəldir. Həm qədimi, həm də modern binalardan ibarətdir. Montreal Mount Royal dağının ətrafında yerləşir və şəhərin adı da burdan gəlir. Burda hiking edərək təbiətdən zövq almaq olar. Qışda hava sərtdir - temperatur mənfi 30-a qədər çata bilər. Qalan aylar isə mülayim keçir.

6) Bu ölkədə, universitetdə və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?

Tələbələrə qarşılarına çıxan bütün imkanlardan istifadə etmələrini məsləhət görərdim. Əsasən maraqlarına uyğun fəaliyyətlərlə məşğul olsalar bu onlara universitetə müraciət vaxtı kömək edəcək.

ROOF Web Academy

İnteraktiv və əyləncəli tədris metodu

Roof Academy platformTOP Universities
Roof Academy platform

Məzunlarımız bizim haqqda nə deyir?

Yeni məzunlarımız və fikirləri

Tələbələrimiz
Student

ROOF Academic Training-də keyfiyyətli təhsilin olması çoxlu şagirdlərin nəticələri formasında göz önündədir. Mənim də qazandığım nəticələrdə bu komandanın rolu böyükdür. Amma buranı mənim üçün başqa təhsil ocaqlarından fərqli edən əsas faktor insanlarla olan münasibətdir. Sinif otağı daxilində və xaricində səmimi və mehriban bir mühit var və bu ROOF Academic Trainingi mənim üçün çox dəyərli edir, əsl ailə kimi.

Salman Hüseynov 🇺🇸

Tələbələrimiz
Company logo

Ready to get started?

TOP Universities

Haqqımızda

Biz kimikSosial həyatımızKomandaKaryeraTərəfdaşlarımız
Terms & ConditionsPrivacy Policy

Contact us

+994 55 538 44 96

whatsappfacebookinstagramlinkedinyoutube