Company logo

Ready to get started?

TOP Universities
Company logo

+994 55 538 4496

+994 12 489 4496

whatsappfacebookinstagramlinkedinyoutube
TOP Universities

October 09, 2023

Türkiyədə İqtisadiyyat üzrə Təhsil / Boğaziçi Universiteti

Seriyamızın 72-ci günündə Türkiyənin İstanbul şəhərində tələbəmiz Səid ilə birgəyik.

1) Özünüzü təqdim edə bilərsiniz?

Mən Səid Əkbərli. 20 yaşım var. Hal-hazırda Türkiyənin İstanbul şəhərində, Boğaziçi Universitetində iqtisadiyyat üzrə 3-cü kurs tələbəsiyəm.

2) Universitetə hansı nəticələr ilə qəbul olmuşdunuz? Təhsilinizi necə maliyyələşdirirsiniz?

Universitetə SAT, SAT Subject Math, History və IELTS imtahanlarını verərək qəbul oldum. Əslində universitet sadəcə SAT tələb etsə də, Boğaziçiyə qəbul olmaq xüsusən xarici tələbələr üçün çox çətindir. Mənim qəbul olduğum ildə xaricdən gələn tələblər üçün sadəcə 15 yer ayrılmışdı. Ona gorə də, sadəcə SAT imtahanı deyil bir çox imtahan vermək qərarını aldım. Təhsilimi isə Türkiyə Bursları ilə maliyyələşdirirəm. Hamıya məsləhət görəcəyim bir proqramdır.

3) Universitetdə təhsil necədir (dərslər, elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?

Universitetdə təhsili çox bəyənirəm. Təhsil "Amerikasayağı"-dır. Robertson Universitetinin sonradan dəyişib Boğaziçi olmasına baxmayaraq təhsil sistemi və adətlər eyni qalıb. Dərslər Amerika iqtisadiyyatı üzrə, dərsliklər də Amerika dərslikləridir. Professorlar çox bilikli, əksəriyyəti xaricdə təhsil almış müəllimlərdir. Həmçinin, onlar həmişə yardım etmək üçün vaxt ayırırlar. Adi suallar üçün də onlara yaxınlaşıb danışmaq çox normaldır. Bundan əvvəl universitetdə tələbələrin fikir və tövsiyələri çox vacibdir. Tələbələr arasında səsvermə edərək qərarlar verilir.

4) Bəs təhsil xaricində tələbə həyatı necədir (klublar, yarışmalar və s. sosial fəaliyyətlər)?

İstanbul qarışıq, gur bir yerdir. Belə atmosferi sevən insanlara çox məsləhət görəcəyim bir yerdir. Burada tapa bilməyəcəyiniz bir şey yoxdur, buna əyləncə növləri də daxildir. Mən əylənməyi səhər, günorta və ya axşama doğru sevirəm. Klub və partilər gec saatlarda olur və nə qədər əyləncəli olsalar da çox enerji alırlar. Bu isə səhər dərsləri çətinləşdirir. Səhər və günorta edilə biləcək şeylərə şəhər gəzintiləri, idman və fitnes fəaliyyətləri daxildir. Lakin klub və partilərlə bərabər təhsil çox çətindir.

ROOF Web Academy

İnteraktiv və əyləncəli tədris metodu

Roof Academy platformTOP Universities
Roof Academy platform

Məzunlarımız bizim haqqda nə deyir?

Yeni məzunlarımız və fikirləri

Tələbələrimiz
Student

ROOF Academic Training-də keyfiyyətli təhsilin olması çoxlu şagirdlərin nəticələri formasında göz önündədir. Mənim də qazandığım nəticələrdə bu komandanın rolu böyükdür. Amma buranı mənim üçün başqa təhsil ocaqlarından fərqli edən əsas faktor insanlarla olan münasibətdir. Sinif otağı daxilində və xaricində səmimi və mehriban bir mühit var və bu ROOF Academic Trainingi mənim üçün çox dəyərli edir, əsl ailə kimi.

Salman Hüseynov 🇺🇸

Tələbələrimiz
Company logo

Ready to get started?

TOP Universities

Haqqımızda

Biz kimikSosial həyatımızKomandaKaryeraTərəfdaşlarımız
Terms & ConditionsPrivacy Policy

Contact us

+994 55 538 44 96

whatsappfacebookinstagramlinkedinyoutube