Company logo

Ready to get started?

TOP Universities
Company logo

+994 55 538 4496

+994 12 489 4496

whatsappfacebookinstagramlinkedinyoutube
TOP Universities

October 09, 2023

Koreyada Kompüter Elmləri və Elektrik Mühəndisliyi üzrə Təhsil / KAIST Universiteti

Seriyamızın 71-ci günündə Koreyanın Daejon şəhərində tələbəmiz Fərid ilə birgəyik.

1) Özünüzü təqdim edə bilərsiniz?

Mən Fərid Rəhimli. KAIST-in birinci kursunu bitirdim. Burada iki ixtisas - kompüter elmləri və elektrik mühəndisliyi ixtisasları üzrə təhsil alıram.

2) Universitetə hansı nəticələr ilə qəbul olmuşdunuz? Təhsilinizi necə maliyyələşdirirsiniz?

Universitetə 1450 SAT balı, 8.0 IELTS və müxtəlif riyaziyyat olimpiadalarında əldə etdiyim uğurlarla qəbul olunmuşam. Universitetdə ödənişsiz təhsil alıram, təhsilim tam maliyyələşdirilir və bundan əlavə olaraq universitetin təxmini məbləği 300 dollar olan təqaüdünü alıram. Bunlara əlavə olaraq, mən "2022-2026-cı illər xaricdə təhsil üzrə Dövlət Proqramı" təqaüdçüsüyəm.

3) Universitetdə təhsil necədir (dərslər, elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?

KAIST-də təhsil kifayət qədər çətindir. Digər bir xüsusiyyəti isə budur ki, bu universitetdə dərsdənkənar fəaliyyətlər ABŞ və Avropa universitetlərindən fərqli olaraq biraz daha geri plandadır. Burada tələbələrin asudə vaxtları da daha çox elmi fəaliyyətlərə sərf olunur. Amma bununla belə, tədris ili boyu müxtəlif festivallar, konsertlər, turnirlər və s. təşkil olunur. Dərslərin keyfiyyəti və keçirilməsi də yaxşı səviyyədədir. Professorlar həmçinin universitet daxilində bir çox laboratoriyalara rəhbərlik edirlər. Tələbələr də bu laboratoriyalarda öz ixtisasları üzrə işləyib təcrübə qazana bilirlər və həmçinin özlərinə əlavə qazanc mənbəyi əldə edirlər.

4) Bəs təhsil xaricində tələbə həyatı necədir (klublar, yarışmalar və s. sosial fəaliyyətlər)?

Qeyd etdiklərimdən əlavə KAIST-də çox sayda və müxtəlif sahələrdə fəaliyyət göstərən klublar var. Bunlara müxtəlif idman növləri, musiqi alətləri, hobbilər, tələbələrin dərsləriylə əlaqədar olan klublar daxildir. Universitetdə şərait də bu fəaliyyətləri yaxşı səviyyədə yerinə yetirmək üçün yetərlidir. Tələbələrin də bu klublara marağı böyükdür. Lakin bu klubların əksəriyyətində iştirak etmək üçün Koreya dilini bilmək zəruridir, çünki universitetdə tədris ingilis dilində olsa da klubda koreyalı tələbələr çoxluq təşkil edir.

5) Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?

Universitetimiz Daejeon şəhərində yerləşir. Bu şəhər ölkənin elm paytaxtıdır, ölkənin demək olar ki bütün əsas elmi-tədqiqat müəssisələri, institutları, bəzi universitetləri bu şəhərdə yerləşir. Şəhər Seuldan təxminən 150 km məsafədə yerləşir və ona nisbətdə kiçikdir. Buna görə də çox sakitdir. Şəhərdə məşhur və görməli yerlər çox deyil, amma yaşıllıq və parklar kifayət qədərdir. Yəni yaşamaq çox rahatdır.

6) Bu ölkədə, universitetdə və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?

KAIST dünyanın ən nüfuzlu universitetlərindən biridir və kompüter elmləri, elektrik mühəndisliyi, riyaziyyat kimi sahələrdə təhsili və imkanları xüsusilə seçilir. Ona görə də gələcəkdə bu sahələrdən birində təhsilini davam etdirmək istəyən gənclərə xüsusən tövsiyə edərdim. Bundan başqa, universitetdə elmi araşdırmalar, tədqiqatlar və layihələrə verilən dəstək yüksək səviyyədədir. Gələcək planları bu istiqamətdə olanlar da bu universiteti seçə bilərlər.

ROOF Web Academy

İnteraktiv və əyləncəli tədris metodu

Roof Academy platformTOP Universities
Roof Academy platform

Məzunlarımız bizim haqqda nə deyir?

Yeni məzunlarımız və fikirləri

Tələbələrimiz
Student

ROOF Academic Training-də keyfiyyətli təhsilin olması çoxlu şagirdlərin nəticələri formasında göz önündədir. Mənim də qazandığım nəticələrdə bu komandanın rolu böyükdür. Amma buranı mənim üçün başqa təhsil ocaqlarından fərqli edən əsas faktor insanlarla olan münasibətdir. Sinif otağı daxilində və xaricində səmimi və mehriban bir mühit var və bu ROOF Academic Trainingi mənim üçün çox dəyərli edir, əsl ailə kimi.

Salman Hüseynov 🇺🇸

Tələbələrimiz
Company logo

Ready to get started?

TOP Universities

Haqqımızda

Biz kimikSosial həyatımızKomandaKaryeraTərəfdaşlarımız
Terms & ConditionsPrivacy Policy

Contact us

+994 55 538 44 96

whatsappfacebookinstagramlinkedinyoutube