Company logo

Ready to get started?

TOP Universities
Company logo

+994 55 538 4496

+994 12 489 4496

whatsappfacebookinstagramlinkedinyoutube
TOP Universities

October 05, 2023

Kanadada Təhsil / British-Columbia Universiteti

Seriyamızın 68-ci günündə Kanadanın Kelowna şəhərində tələbəmiz Nihad ilə birgəyik.

1) Özünüzü təqdim edə bilərsiniz?

Mən Nihad Əkbərzadə. Hal-hazırda Kanadada, University of British-Columbia-da təhsil alıram. Hal-hazırda universitet xaricində intern kimi çalışıram, bunu bitirdikdən sonra 4-cü kursda təhsil alacam.

2) Universitetə hansı nəticələr ilə qəbul olmuşdunuz?

Universitetə 38/45 IB balı ilə qəbul olmuşam.

3) Universitetdə təhsil necədir (dərslər, elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?

Universitetdə təhsil yaxşıdır. Hal-hazırda kompüter elmləri üzrə dünyada 21-ci sıradadır. Dərslər çox yüksək səviyyədədir. Professorların hər biri PhD dərəcəsinə malikdir, hətta bəzilərinin bir neçə Master's dərəcəsi var. Professorların yanında tədqiqat işləri görmək də mümkündür.

4) Bəs təhsil xaricində tələbə həyatı necədir (klublar, yarışmalar və s. sosial fəaliyyətlər)?

Universitetdə bir çox klublar, həmçinin assosiasiyalar var (məsələn Türk tələbələr və yaxud Hindistanlı tələbələr assosiasiyaları). Həmçinin futbol, volleybol və s. idman növləri üzrə yarışmalar da keçirilir.

5) Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?

Kanadanın Kelowna şəhərində oluram. Kelowna çox sakit, heç də xaotik olmayan, xoş təbiəti, dağları olan, həmçinin British-Columbia əyalətinin böyük göllərindən birinə sahib şəhərdir. Qışı -20,-30 dərəcəyə qədər düşə, yay isə 36-40 dərəcəyə qədər qalxa bilir. Bir sözlə hər bir fəsli hiss etmək olur.

6) Bu ölkədə, universitetdə və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?

Universitetə gəlmədən məqsədiniz olan ixtisasla əlaqəli mümkün qədər işlər görməyi məsləhət görərdim. Bundan əlavə, Kanada üçün ən ideal imtahanlardan biri IB-dir, buna görə də IB oxumağı məsləhət görərdim. IB nəinki qəbul üçün yaxşıdır, bu həm də universitet dərsləri ilə də bir tanışlıq təşkil edir.

ROOF Web Academy

İnteraktiv və əyləncəli tədris metodu

Roof Academy platformTOP Universities
Roof Academy platform

Məzunlarımız bizim haqqda nə deyir?

Yeni məzunlarımız və fikirləri

Tələbələrimiz
Student

ROOF Academic Training-də keyfiyyətli təhsilin olması çoxlu şagirdlərin nəticələri formasında göz önündədir. Mənim də qazandığım nəticələrdə bu komandanın rolu böyükdür. Amma buranı mənim üçün başqa təhsil ocaqlarından fərqli edən əsas faktor insanlarla olan münasibətdir. Sinif otağı daxilində və xaricində səmimi və mehriban bir mühit var və bu ROOF Academic Trainingi mənim üçün çox dəyərli edir, əsl ailə kimi.

Salman Hüseynov 🇺🇸

Tələbələrimiz
Company logo

Ready to get started?

TOP Universities

Haqqımızda

Biz kimikSosial həyatımızKomandaKaryeraTərəfdaşlarımız
Terms & ConditionsPrivacy Policy

Contact us

+994 55 538 44 96

whatsappfacebookinstagramlinkedinyoutube