Company logo

Ready to get started?

TOP Universities
Company logo

+994 55 538 4496

+994 12 489 4496

whatsappfacebookinstagramlinkedinyoutube
TOP Universities

September 22, 2023

İtaliyada Psychology, Neuroscience and Human science üzrə Təhsil / Pavia Universiteti

Seriyamızın 55-ci günündə İtaliyanın Pavia şəhərində tələbəmiz Fidan ilə birgəyik.

1) Özünüzü təqdim edə bilərsiniz?

Mən Fidan Hüseynzadə, 22 yaşım var. Hal-hazırda İtaliyanın Pavia universitetində “Psychology, Neuroscience and Human science” ixtisası üzrə magistr təhsili alıram.

2) Universitetə hansı nəticələr ilə qəbul olmuşdunuz? Təhsilinizi necə maliyyələşdirirsiniz?

Universitetə 95.43 GPA və 7 IELTS göstəriciləri ilə daxil olmuşam. Hal-hazırda EDİSU təqaüd proqramı ilə təhsil alıram.

3) Universitetdə təhsil necədir (dərslər; elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?

Pavia universiteti İtaliyanın ən qədim ikinci universiteti olaraq dəqiq elmlər və psixologiya yönündə olduqca tanınmış bir universitetdir. Neuroscience yeni bir sahə olduğu üçün müəllimlərin ən yeni araşdırmaları bizə çatdırması və hər semestr yenilikləri proqrama əlavə etmələri bu baxımdan ən sevdiyim məqamdır. Dərslərdən əlavə laboratoriyaların olması və həmçinin istədiyimiz müəllimin tədqiqat qrupuna daxil ola bilmə şansı da buranın müsbət tərəflərindəndir.

4) Bəs təhsil xaricində tələbə həyatı necədir (klublar, yarışmalar və s. sosial fəaliyyətlər)?

Təhsil xaricində voleybol, futbol, şahmat, scuba diving və s. kimi qatıla biləcəyimiz çoxlu idman və əyləncə klubları var.

5) Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?

İtaliya ümumilikdə mədəniyyəti, mətbəxi, insanlarının istiqanlılığı ilə digər Avropa ölkələrindən olduqca fərqlənir. Mənim yaşadığım şəhər olan Pavia şəhəri isə balaca olmağına baxmayaraq tam bir tələbə şəhəridir. Beynəlxalq tələbərin çox olması isə sosial əhatə yaratmaq baxımından çox rahat olur. Şəhər Milandan yarım saatlıq məsafədə yerləşir və olduqca sakit, eyni zamanda təhlükəsizdir.

6) Bu ölkədə, universitetdə və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?

Ümumiyyətlə xaricdə təhsil almaq kimi bir imkan varsa məncə bunu həqiqətən dəyərləndirsinlər və öz ixtisasları üzrə daha çox məşhurlaşmış universitetlərə müraciət etməyə çalışsınlar. İtaliya ilə bağlı isə onu deyərdim ki, gəlməzdən əvvəl mümkün olan qədər İtalyan dili öyrənsinlər.

ROOF Web Academy

İnteraktiv və əyləncəli tədris metodu

Roof Academy platformTOP Universities
Roof Academy platform

Məzunlarımız bizim haqqda nə deyir?

Yeni məzunlarımız və fikirləri

Tələbələrimiz
Student

ROOF Academic Training-də keyfiyyətli təhsilin olması çoxlu şagirdlərin nəticələri formasında göz önündədir. Mənim də qazandığım nəticələrdə bu komandanın rolu böyükdür. Amma buranı mənim üçün başqa təhsil ocaqlarından fərqli edən əsas faktor insanlarla olan münasibətdir. Sinif otağı daxilində və xaricində səmimi və mehriban bir mühit var və bu ROOF Academic Trainingi mənim üçün çox dəyərli edir, əsl ailə kimi.

Salman Hüseynov 🇺🇸

Tələbələrimiz
Company logo

Ready to get started?

TOP Universities

Haqqımızda

Biz kimikSosial həyatımızKomandaKaryeraTərəfdaşlarımız
Terms & ConditionsPrivacy Policy

Contact us

+994 55 538 44 96

whatsappfacebookinstagramlinkedinyoutube