Company logo

Ready to get started?

TOP Universities
Company logo

+994 55 538 4496

+994 12 489 4496

whatsappfacebookinstagramlinkedinyoutube
TOP Universities

June 12, 2023

Türkiyədə Ekonometriya üzrə Təhsil / Bursa Uludağ Universiteti

Seriyamızın 47-ci günündə Türkiyənin Bursa şəhərində tələbəmiz Ramal ilə birgəyik.

1) Özünüzü təqdim edə bilərsiniz?

Mən Ramal Aslanov. 18 yaşım var. Bursa Uludağ Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsində Ekonometriya ixtisası üzrə 1-ci kurs tələbəsiyəm.

2) Universitetə hansı nəticələr ilə qəbul olmuşdunuz? Təhsilinizi necə maliyyələşdirirsiniz?

Universitetə SAT balı ilə qəbul olmuşam. Əlavə olaraq TEKNOFEST (3d printer) 3-cülüyüm və start-up nəticələrim mövcuddur. Təqaüdlə oxuyuram və mənim şanslı tərəfim odur ki, xalam və ailəsi burda yaşayır. Mən onlarla bir arada qalıram, ona görə də yaşam xərcim çox olmur.

3) Universitetdə təhsil necədir (dərslər; elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?

Ekonometriya ixtisası ölkəmizdə yoxdur. Əsasən riyaziyyat və statistika ağırlıqlı olan ixtisas özünəməxsus çətinlik və üstünlüklərə malikdir. Uludağ universiteti bu bölümü tədris edən 22 universitetdən biridir ki, mənim fikrimcə əla dərs keçirilir. Həm müəllimlərin, həm də şagirdlərin yaxından əlaqəsini çox yaxşı hiss edirəm.

4) Təhsil xaricində tələbə həyatı necədir (klublar, yarışmalar və s. sosial fəaliyyətlər)?

Klub, icma və yarışma cəhətdən Uludağ universiteti çox zəngindir. Hər tipdən, mövzudan icma asanlıqla tapa bilərsiniz. Mən Şahmat, Azərbaycan və Ekonometriya icmalarına qoşulmuşam. Bunlar hər hansı dərs barəsində problemlərinizi həll etməyinizə, əylənməyinizə kömək edir. Şəxsən mənə görə dərslər qədər önəmlidirlər.

5) Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?

Xaricdə təhsil almaq istəyən bir azərbaycanlının ilk təhsil almalı olduğu ölkə məncə Türkiyə olmalıdır. Uzaqdan ortaq şeylər çox görünür, lakin yenə də fərqlər mövcuddur. Bu səbəbdən də, əvvəlcə Türkiyədə buna öyrəşmək lazımdır ki, sonra istəyə görə digər ölkələrə keçid eləmək olsun. Bursa isə mənə hər daim çox əsrarəngiz hislər yaşadır. Bacardıqca yeni yerlərini kəşf eləməyə çalışıram.

6) Bu ölkədə, universitetdə və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?

Xaricdə təhsil uzun bir marafona bənzəyir. Hər gün hətta hər saat yeni bir şeylə qarşılaşmaq mümkündür. Həm fərqli ölkədə olmaq, həm də fərqli təhsil sistemi adamı bəzən gözlənilməz situasiyalara sala bilir. Lakin bunlar heç vaxt gözünüzü qorxutmasın, bunları yaşamağa dəyər. Ən pis, gərgin vəziyyətlərdə doğru qərarları vermək, ailədən uzaqda təkbaşına ayaqda durmaq kimi bacarıqları yalnız bu yolla qazanmaq olar. Hər kəsə minnətdaram, Uğurlar!!!

ROOF Web Academy

İnteraktiv və əyləncəli tədris metodu

Roof Academy platformTOP Universities
Roof Academy platform

Məzunlarımız bizim haqqda nə deyir?

Yeni məzunlarımız və fikirləri

Tələbələrimiz
Student

ROOF Academic Training-də keyfiyyətli təhsilin olması çoxlu şagirdlərin nəticələri formasında göz önündədir. Mənim də qazandığım nəticələrdə bu komandanın rolu böyükdür. Amma buranı mənim üçün başqa təhsil ocaqlarından fərqli edən əsas faktor insanlarla olan münasibətdir. Sinif otağı daxilində və xaricində səmimi və mehriban bir mühit var və bu ROOF Academic Trainingi mənim üçün çox dəyərli edir, əsl ailə kimi.

Salman Hüseynov 🇺🇸

Tələbələrimiz
Company logo

Ready to get started?

TOP Universities

Haqqımızda

Biz kimikSosial həyatımızKomandaKaryeraTərəfdaşlarımız
Terms & ConditionsPrivacy Policy

Contact us

+994 55 538 44 96

whatsappfacebookinstagramlinkedinyoutube